Accessibility links

Tramp: ABŞ-Şimali Koreya münasibətlərinin səviyyəsi yaxşılaşıb


ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın çərşənbə günü Yonqbyonqda əsas nüvə elektrik stansiyasını sökməyə razı olduğunu elan etməsindən az sonra deyib ki, Pxenyanla münasibətlər onun prezident olmasından sonra yaxşılaşıb.

“Şimali Koreya ilə müharibəyə getməyimiz qaçılmaz idi və indi…münasiblətlər, mən sizə deməliyəm ki, azı şəxsi baxımdan yaxşıdır. Vəziyyət sakitləşib”, Tramp Ağ Evdə müxbirlərə deyib.

Şimali Koreya Birləşmiş Ştatlar iki Koreyanın liderləri arasında əldə edilmiş əhatəli razılaşmaya uyğun olaraq “müvafiq tədbirlər” görsə, nüvə kompleksini sökəcəyini bildirib.

Razılaşmanın əldə edilməsi Pxenyanda Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in tərəfindən onlar arasında ikinci üç günlük zirvə görüşünün sonunda elan edilib.

Cənubi Koreya prezidenti Mun Cae-in və Şimali Koreya lideri Kim Conq Un Pxenyanda birgə bəyanat imzaladıqdan sonra, 19 sentyabr, 2018.
Cənubi Koreya prezidenti Mun Cae-in və Şimali Koreya lideri Kim Conq Un Pxenyanda birgə bəyanat imzaladıqdan sonra, 19 sentyabr, 2018.

Şimali Koreya Yonqbyonqda əsas nüvə elektrik stansiyasını bağlamağı təklif etməklə yanaşı, Pxenyanın raket mühərriklərinin test edildiyi obyekti və sınaqların keçirildiyi meydançanı beynəlxalq ekspertlərin müşahidəsi altında daimi olaraq bağlaması vədini verib.

Bundan əlavə Şimali və Cənubi Koreyalar 195-1953-cü illərdə baş verən Koreya Müharibəsində ölən əsgərlərin qalıqlarını tampaq üçün birgə axtarış başlatmağı planlaşdırır.

Mun həmçinin deyib ki, Kim ilin sonunadək Seulu ziyarət etmək dəvətini qəbul edib.

XS
SM
MD
LG