Accessibility links

Tramp: ABŞ-a mühacirət müvəqqəti olaraq dayandırılacaq


ABŞ prezidenti koronavirus səbəbi ilə müvəqqəti olaraq mühacirətin dayandırılacağını bəyan edib.

Donald Tramp tvit edərək virusun yayılmasını “görünməz düşmən hücumu” adlandırıb. O, "möhtəşəm Amerika vətəndaşlarının" iş yerlərinin qorunmasına ehtiyac olduğunu deyib.

ABŞ dövlət başçısı hərəkətə yalnız sərəncam verildikdən sonra keçiləcəyini bildirib.

Ağ Ev qərarın vaxtı, detalları, hüquqi əsasları barədə suallara aydınlıq gətirməyib.

"Ölkəmiz pandemiya ilə mübarizə apardığı, zəhmətkeşlərimiz həyatlarını riskə qoyduğu bir şəraitdə Prezident mühacirlərə hücum edir və onları öz uğursuzluqlarına görə günahlandırır," prezidentliyə sabiq Demokrat iddialı Eymi Klobuşar Twitterdə yazıb.

Sərhədlərdə tətbiq olunan məhdudiyyətlər və uçuşların pandemiya dönəmində təxriə salınması üzündən Birləşmiş Ştatlara mühacirət onsuz da əsasən dayanıb.

Qeyri-qanuni mühacirlərin qaynaqlandığı Meksika ilə sərhəddə divarın inşa olunması Prezident Donald Trampın başlıca prioritetlərindən olub.
Qeyri-qanuni mühacirlərin qaynaqlandığı Meksika ilə sərhəddə divarın inşa olunması Prezident Donald Trampın başlıca prioritetlərindən olub.

Lakin bu məsələ Tramp tərəfdarları üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, qeyri-qanuni mühacirətin azaldılması Trampın 2016-cı il seçki kampaniya platformasının əsas müddəalarından biri idi.

ABŞ təsdiqlənmiş COVID-19 faktlarına görə dünyada birinci yerdədir.

Mart ayında Tramp administrasiyası Meksika və Kanada ilə mühüm olmayan səyahətləri dayandırıb. Bundan əlavə 14 gün ərzində Çin və İranda olanların ölkəyə buraxılmasına qadağa tətbiq edilib. Avropanın Şengen zonasına daxil olan ölkələr də bu siyahıdadır.

XS
SM
MD
LG