Accessibility links

Tramp: ABŞ İran dronunu vurdu


Prezident Donald Tramp deyir ki, ABŞ hərbi gəmisi İran dronunu səmada vurub. Deyilənə görə, dron Hörmüz Boğazında üzən gəmiyə və onun ekipajına təhlükə törədib.

Ağ Evdə Tramp müxbirlərə bildirib ki, pilotsuz təyyarə USS Boxer gəmisinin 900 metrliyinə yaxınlaşıb və dəfələrlə verilən xəbərdarlığa məhəl qoymayıb.

Birləşmiş Ştatlar öz heyətimizi, obyektlərimizi və maraqlarımızı qorumaq hüququnu özündə saxlayır.

“Dron dərhal məhv edilib,” Tramp deyib. “Bu, İranın beynəlxalq sularda hərəkət edən gəmilərə qarşı çox sayda təxribat mahiyyətli və hədələyici hərəkətlərindən biridir. Birləşmiş Ştatlar öz heyətimizi, obyektlərimizi və maraqlarımızı qorumaq hüququnu özündə saxlayır.”

İrandan reaksiya hələlik gəlməyib, lakin Tramp dünya ölkələrini İranın "naviqasiya və qlobal ticarət azadlığını pozmaq cəhd"-ini pisləməyə çağırıb.

Pentaqon insidentin yerli vaxtla səhər saat 10 radələrində baş verdiyini bildirir.

Prezident Tramp Ağ Evdə müxbirlərlə danışır. Vaşinqton. 18 iyul, 2019.
Prezident Tramp Ağ Evdə müxbirlərlə danışır. Vaşinqton. 18 iyul, 2019.

ABŞ Müdafiə Naziriyliinin yaydığı bəyanatda bildirilir ki, USS Boxer boğazdan keçərkən qanadlı pilotsuz hava sistemi ona “hədələyici məsafədə” yaxınlaşıb.

“Gəminin və ekipajın təhlükəsizliyni təmin etmək üçün obyektə qarşı müdafiə ölçüsünə əl atılıb,” deyə məlumatda bildirilir.

Cümə axşamı baş verən insident ABŞ-la İran arasında gərginliklərin artdığı vaxta təsadüf edir.

ABŞ-ın İranla nüvə anlaşmasını tərk etməsinin ardınca Tehrana tətbiq olunan sanksiyalar İslam Respublikasının iqtisadiyyatına ağır zərbə vurub.

XS
SM
MD
LG