ABŞ prezidentİ Donald Tramp şənbə günü axşam Twitter səhifəsində Biriləşmiş Ştatların İranla danışıqlar aparmaq üçün sanksiyaları aradan qaldırmayacağını bildirib. Onun bu tviti İranın xarici işlər nazirinin Der Spiegel jurnalına müsahibəsinı cavab olaraq yazdığı təxmin edilir.
“İranın xarici işlər naziri deyir ki, İran Birləşmiş Ştatlarla danışıqlar aparmaq istəyir, amma sanksiyalar aradan qaldırılmalıdır”, Tramp fars və ingilis dillərində yazıb və sonra “Xeyr” – deyə, əlavə edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazr günü Trampın tvitinə cavab olaraq cümə günü Der Spiegel jurnalına verdiyi müsahibəsində İranın saksiyalar aradan qaldırılsa, Amerika ilə danışıqlara hələ də açıq olduğunu dediyi hissəni yerləşdirib.
ABŞ və İran arasında gərginliklər Birləşmiş Ştatların yanvarın 3-də yüksək rütbəli general Qasım Süleymanini Bağdad aeroportunda dron hücumu zamanı öldürməsinə cavab olaraq İranın ABŞ hərbi qüvvələrinin İraqda qərargahlandığı hərbi bazaya raket zərbələri endirməsindən son onilliklər ərzində ən yüksək həddə çatıb.
Birləşmiş Ştatların 2018-ci ildə İranla dünya qüdrətli arasında 2015-ci ildə imzlanmış nüvə sazişindən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli dərəcədə zərər vuran sanksiyaları bərpa etməsi iki ölkə arasında gərginliklərin artmasına gətirib çıxarıb.