Accessibility links

Tramp: İqtisadiyyatı yenidən açmaq üçün planımız var


Koronavirus pandemiyası müddətində Ağ Ev Amerikada həyatın normal məcraya qayıtması üçün 3 mərhələli plana sahibdir.

"Yenidən möhtəşəm ölkəmizi açırıq," deyə prezident Donald Tramp cümə axşamı koronavirusla mübarizə qrupunun brifinqində yeni təlimatlarını elan edərək mesaj verib: "Çox ayıq və çox diqqətli olacağıq!"

COVID-19-a yoluxmalarda son 14 gündür ki, azalmaların müşahidə olunması, xəstəxana işçilərinin antikor sınağının aparması fonunda ayrı-ayrı ştatlar üçün mərhələli şəkildə iqtisadiyyatın yenidən açılması təklifi verilib.

ABŞ Konstitutsiyası fövqəladə hallarda görüləcək tədbirlərin əksəriyyətini ştat hökumətlərinə, qubernatorlara həvalə edir.

Planın birinci mərhələsinə uyğun olaraq məktəblər və barlar qapalı qalacaq. Lakin ibadət yerləri, restoranlar, kinoteatrlar, idman salonları və idman arenaları ciddi fiziki məsafə saxlanılmaqla yenidən açıla bilər. Xəstəxanalar isə bəzi qeyri-həyati əməliyyatları keçirə bilər.

İkinci mərhələdə artıq məktəblər yenidən açıla bilər, eləcə də iş baxımından zəruri olmayan səyahətlər də bərpa edilə bilər, lakin işçilərin əksəriyyəti hələ də evdən işləməyə təşviq ediləcək.

Planın üçüncü mərhələsi isə artıq "iş yerlərinin limitsiz sayda kadrla təmin edilməsi"ni tövsiyə edir. Lakin tibbi cəhətdən həssas olan şəxslərdən fiziki məsafə saxlamaq tələb olunacaq.

Ağ Evin koronavirusla mübarizə tapşırıq qrupunun tibb işçiləri - yoluxucu xəstəliklər üzrə mütəxəssis Doktor Antony Fauçi, işçi qrupun koordinatoru Doktor Deborah Birx və Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzlərinin direktoru Doktor Robert Redfild - planı təsdiq edib.

Fauçi bildirib ki, planın əsas elementi "Amerika ictimaiyyətinin təhlükəsizliyi və sağlamlığı"-dır.

Tramp cümə axşamı ABŞ-ın 50 ştatının qubernatorları ilə videokonfrans görüşü zamanı bildirb ki, iqtisadiyyatın yenidən açılması üçün "Sizin hər biriniz öz qərarınızı verəcəksiniz".

Həftənin əvvəlində Ağ Evdəki brifinq zamanı Amerikanın Səsinin sualına cavab olaraq Tramp bildirib ki, bu qərara o özü şəxsən cavabdehdir. Lakin o, prezidentin ştatlar üzərində belə bir səlahiyyətə malik olmaması və öz üzrərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbi ilə tənqidlərə tuş gəlib.

Koronavirusun pandemiyasının ən ağır təsir göstərdiyi Nyu Yorkda ölkənin maliyyə ürəyi sayılan Wall Street küçəsi boşdur.
Koronavirusun pandemiyasının ən ağır təsir göstərdiyi Nyu Yorkda ölkənin maliyyə ürəyi sayılan Wall Street küçəsi boşdur.

Doktor Deborah Birx isə "Biz planın mərhələlərin heç birinə vaxt qrafiki qoymamışıq" deyərək, bu qərarın ştat qubernatorları tərəfindən veriləcəyini bildirib.

Öz növbəsində isə Fauçi bildirib: "Heç də hər bir ştat və bölgə bu planı eyni vaxtda həyata keçirmək niyyətində deyil."

Tramp 29 ştatın dərhal planın birinci mərhələsini həyata keçirməyə hazır olduqlarını ifadə edib.

Cümə axşamı prezident Tramp təxminən bir əsr əvvəl baş verən Böyük Depressiya dövründən bəri aşağı düşən ticarətin və sənayenin fəaliyyəti mümkün qədər tez bir müddətdə canlandırmaq üçün səbrsizliyini gizlətməyib.

Lakin eyni zamanda bir çox sağlamlıq mütəxəssisi, müəssisə rəhbərləri və qubernatorlar, geniş yayılmış COVID-19 testləri olmadan məhdudiyyətlərin qaldırılmasının sağlamlıq üçün ciddi təhlükə yaratmasından narahat olaraq sosial məsafəni tez bir müddətdə başa çatdırmaqda tərəddüd edirlər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG