Accessibility links

Tramp ABŞ-Meksika sərhədinə səfər edib


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarla Meksika arasında yerləşən ABŞ Sərhəd Patrul Xidmətinin Kaleksiko Məntəqəsini ziyarət edib.

Sərhəd Patrul xidmətinin işçiləri, konqresmenlər və administrasiya üzvləri ilə dolu otaqda çıxış edən Tramp ərazidəki sərhəd divarı sayəsində insanların ölkəyə daxil olmalarının qarşısının alınmasında əldə olunan irəliləyişi alqışlayıb.

“Sistem doludur”, Tramp ölkənin immiqrasiya sistemində istinadən söyləyib. "Biz onlara, 'üzr istəyirik amma sizi qəbul edə bilmərik' deməliyik. Biz bu məsələyə çox ciddi yanaşmalıyıq", Tramp əlavə edib.

Meksikanın Meksikali ərazisində federal polis ABŞ prezidenti Donald Trampın Kaleksikoya səfəri zamanı sərhədi mühafizə edir. 5 aprel 2019.
Meksikanın Meksikali ərazisində federal polis ABŞ prezidenti Donald Trampın Kaleksikoya səfəri zamanı sərhədi mühafizə edir. 5 aprel 2019.

Prezident deyib ki, insanlar ABŞ-a iki səbəbdən dolayı gəlmək istəyir. “Səbəblərdən biri ölkədə vəziyyətin yaxşı olmasıdır, digəri isə fırıldaqdır. Bəzi insanlar gəlir, amma onlar gəlməməlidir. Onlar qanqster üzvləri və digərləridir”, Tramp söyləyib.

Tramp həmçinin Meksika cənub cərhədindəki immiqrantların qarşısını almadığı təqdirdə ABŞ-ın Meksika ilə sərhədini bağlamaq niyyətini təkrarlayıb. Lakin Meksika cənub sərhədində son dörd gündə hər zamankından daha çox iş görüb, Tramp söyləyib.

Cümə günü Tramp ABŞ-Meksika sərhədini bağlamaqla bağlı fikrini dəyişdiyini inkar edib.

“Mən fikrimi heç vaxt dəyişməmişəm”, Tramp ABŞ-Meksika sərhədinə səfərdən öncə Ağ Evdə deyib. “Mən sərhədi bağlaya bilərəm”.

ABŞ Sərhəd Patrul xidmətinin agenti Maykl Sallivan sərhəd hasarının üzərində asılan lövhənin önündə çəkil çəkdirir. 26 oktyabr 2018.
ABŞ Sərhəd Patrul xidmətinin agenti Maykl Sallivan sərhəd hasarının üzərində asılan lövhənin önündə çəkil çəkdirir. 26 oktyabr 2018.

Trampın səfər zamanı immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edəcəyi və daha sonra bu yaxınlarda inşa olunmuş hasarın bir hissəsinə baş çəkəcəyi də gözlənilirdi. Onun administrasiyası hasarı “söz verilən yeni sərhədi divarının yenicə inşa edilmiş bir hissəsi” adlandırıb.

Kaleksikoda 2009-cu ildən bəri planlaşdırılan və ötən il başa çatdırılan hasar onillər öncə inşa edilmiş və artıq dağılan baryerin yerinə tikilib.

Trampın yoxladığı doqquz metr hündürlükdə hasarın üzərinə üstündə Trampın adı yazılan metal lövhə yerləşdirilib. Lövhədə bu hasarın Trampın sərhəd divarının ilk hissəsi olduğu iddia olunur.

ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində immiqrasiya ilə bağlı dəyirmi masa müzakirələrində iştirak edir. 5 April 2018.
ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində immiqrasiya ilə bağlı dəyirmi masa müzakirələrində iştirak edir. 5 April 2018.

Tramp artıq iki həftədir Meksika qanunsuz immiqrantlar və qeyri-qanuni narkotik maddəlrin ABŞ-a daxil olmasının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini iddia edərək sərhədi bağlamaqla hədələyib.

Müşavirləri və bəzi respublikaçı senatorlar ona bunun iqtisadi baxımdan viranedici təsirlərinin ola biləcəyi ilə bağlı xəbərdarlıq etməsindən sonra Tramp geri addım adıb.

Bunun əvəzinə Tramp Meksikaya ABŞ-a immiqrant və narkotik axınının qarşısını alması üçün bir il müddət verib və əks təqdirdə ABŞ-a maşın ixraclarına 25 faizlik tarif tətbiq edəcəyini bildirib.

XS
SM
MD
LG