Accessibility links

Tramp ABŞ-Meksika sərhədini bağlamaqla hədələyir


ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, onun höküməti Latın Amerikasından Birləşmiş Ştatlara keçmək istəyən sənədsiz mühacir axınını idarə edə bilməsə, o, ABŞ-Meksika sərhədini bağlayacaq. Bu isə gündəlik 1.68 milyon dollar dəyərində ticarətin qarşısını ala bilər.

Tramp sərhədə minlərlə qoşun göndərib. İndi onlar Sərhəd Patrul agentliklərini sərhədi keçən miqrantlardan qorumaq üçün güc tətbiq etmək səlahiyyətinə malikdir.

Lakin sərhəddə qoşunların sayının artması minlərlə mərkəzi amerikalı miqrantı Birləşmiş Ştatlarda yeni həyat axtarışından çəkindirmir.

Qoşunlar ilk öncə sərhədə mərkəzi amerikalı miqrantlardan ibarət karvanın sığınacaq əldə etmək üçün Birləşmiş Ştatlara doğru irəlilədiyinə dair xəbərlər ortaya çıxandan sonra göndərilmişdi.

Tənqidçilər bu addımı noyabrda keçirilən ara seçkilərdən öncə siyasi oyun olaraq görürdü. Lakin bəzi miqrantlar artıq sərhədə çatsa da, heç bir zorakılıq baş verməyib.

XS
SM
MD
LG