Accessibility links

Tramp ABŞ qüvvələrini “sonsuz müharibələrdən" geri çəkə biləcəkmi?


Tramp ABŞ qüvvələrini “sonsuz müharibələrdən" geri çəkə biləcəkmi?
please wait

No media source currently available

0:00 0:02:59 0:00

ABŞ prezidenti Donald Tramp seçki kampaniyasını Birləşmiş Ştatları “sonsuz müharibələrdən” çıxarmaq vədi ilə aparmışdı. Amma hələ ki, xaricdə təxminən 200 min ABŞ əsgəri xidmət göstərir. Bundan əlavə hazırda Yaxın Şərqdə Tramp vəzifəyə gələn zamandan daha çox qoşun var.

Prezident Donald Trampın oktyabr ayında ABŞ qüvvələrini Suriyanın şimal-şərqindən çıxarmaq qərarından sonra ərazidə yaşanan iğtişaş Türkiyənin regionda kürdlərə qarşı hərbi əməliyyat başlatmasına gətirib çıxardı.

Bundan bir neçə həftə sonra Pentaqonun yaydığı hesabatda bildirdi ki, ABŞ-ın ərazidən çıxmaq qərarı İslam Dövləti terror qrupunun yenidən ortaya çıxmasına imkan yaradıb.

Bizim Suriyada bügünkü mövqeyimiz Prezident Donald Trampın Prezident Ərdoğanla razılıq əldə etdiyindən əvvəlki zamanla müqayisədə daha zəif, daha mürəkkəbdir.
Cerald Feyerstin

“Bizim Suriyada bügünkü mövqeyimiz Prezident Donald Trampın Prezident Ərdoğanla razılıq əldə etdiyindən əvvəlki zamanla müqayisədə daha zəif, daha mürəkkəbdir”,Yaxın Şərq İnstitutundan Ceral Fayerstin bildirir.

Tramp Suriyadan çıxardığı bəzi qoşunları İraqa yerləşdirib. İndi İraqda altı minə yaxın Amerika əsgəri var.

Amma o, Suriyadakı neft yataqlarının İŞİD-in əlinə keçməsinin qarşısını almaq məqsədilə bir neçə yüz əsgəri Suriyada saxlayıb.ı

İŞİD İraq və Suriyada ələ keçirdiyi ərazilərin böyük hissəsini itirib. Lakin terror və zorakı radikallıq hələ də ciddi təhlükə olaraq qalır.

Buna baxmayraq prezident tez-tez İŞİD-ə qarşı mübarizədə və onun lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsində müvəffəq olmağı ilə lovğalanır.

O bu barədə noyabr ayında Əfqanıstandakı qoşunları sürpriz ziyarəti zamanı da bəhs edib.

“İŞİD-in Suriyadakı xəlifəliyi artıq bizimdir. Əbu Bəkr Əl-Bağdadi ölüb”, o deyib.

Əfqanıstandan iki min qoşun çıxarılıb, 12 min qoşun isə hələ də orada qalır.

Talibanla sülh danışıqları isə hələ də davam etdirilir.

“Biz razılıq və ya tam qələbə əldə edənədək orada qalacağıq. Onlar razılıq əldə etməyi çox istəyir”, Tramp söyləyib.

Tramp seçki kampaniyasında həmçinin Tehrana qarşı daha sərt mövqe sərgiləyəcəyini vəd etmişdi. Daha sonra isə o, nüvə razılığından geri çəkilməsinin ardınca İrana qarşı sanksiyalar tətbiq etdi.

Prezident sentyabr ayında Səudiyyə Ərəbistanında neft yataqlarına hücumdan sonra Səudiyyə Ərəbistanına üç min qoşun göndərib. Riyad bu hücuma görə İranı günahlandırıb. Bundan bir neçə ay öncə isə Tramp Konqresdə hər iki partiyanın Vaşinqtonun Səudiyyə Ərəbistanın Yəməndə apardığı müharibəyə dəstəyinə son qoymaq səylərinə veto qoyub. Tənqidçilər deyir ki, onun bu addımları aydın xarici siyasəti əks etdirmir.

Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

“Bizim bu münaqişəyə son qoymaqla bağlı aydın strategiyamız yoxdur. Yəni regiondakı problemlər həqiqətən də ciddidir və biz İordan çayının qərb sahili və Fələstin məsələrində tərəf olmaqla bu problemləri daha da mürəkkəbləşdirmişik və sülhün əldə olunması üçün açıq plan tərtib etməmişik”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Antoni Kordesman bildirib.

Bu arada ABŞ Cənubi Koreyada Şimali Koreyadan gələn təhlükənin qarşısını almaq məqsədilə 28 min qoşun yerləşdirib. Trampın Kim Conq Unla apardığı danışıqlar Pxenyanın raket sınaqlarına son qoymasına gətirib çıxarmayıb. Şimali Koreya rəsmiləri hətta ilin sonunadək ABŞ-a “Milad hədiyyəsi” verəcəklərinə söz verib.

“Kim Conq Un Trampın diqqətini cəlb etməyə çalışır, çünki o, ABŞ bürokratiyasının hər hansı razılığa Trampdan daha çox ehtiyatla yanaşdığını dərk edir”, Brukinqs İnstitutundan Maykl O`Hanlon bildirib.

ABŞ silahlı qüvvələrinin 1.3 milyon üzvündən təxminən 200 mini dünya boyu səfərbər olunub.

Şərhlərə bax

XS
SM
MD
LG