ABŞ prezidenti Donald Tramp ölkənin səhiyyə sistemində keyfiyyətin, əlverişliliyin və ədalətin artırılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Tramp bildirib ki, bu sərəncama görə, xəstəxanalar qiymətlərini öncədən açıqlamalı olacaqlar və nəticədə bu, qiymətlərin aşağı düşməsinə təsir edəcək.
“Qiymətlər sizin inana bilməyəcəyiniz səviyyədə aşağı düşmüş olacaq. Siz heç buna inana bilməyəcəksiniz. Daha çox qiymət şəffaflığı rəqabətin artması və səhiyyə məsrəflərinin aşağı düşməsi deməkdir.” – deyə, ABŞ prezidenti bildirib.
Trampın sərəncamı xəstəxanaların pasientin məsrəflərini müalicədən öncə bildirməli olacaqları mənasını verir. Bununla, pasientlər sığorta ödənişlərindən sonra, öz ciblərindən nə qədər ödəyəcəklərini öncədən biləcəklər.
Lakin prezident sərəncamı əsasında qaydaların yazılması prosesinin mürəkkəbliyindən pasientlərin dəyişlikləri müşahidə edə bilməsi illər çəkə bilər.