Accessibility links

Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib


ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib.

Bu barədə Prezident Adminstrasiyası məlumat yayıb.

Məlumatda dəvətin yaxın vaxtlarda baş tutacağı vurğulansa da, dəqiq tarix açıqlanmayıb.

Martın 10-da Tramp və Abbas arasında telefon danışığı olub. Hər iki lider Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Mahmud Abbas İsrailin yanında Fələstin dövlətinin yaradılması ideyasına tərəfdar olduğunu bildirib.

Fevralın ortalarında Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netenyahu ilə görüşüb. O vaxt Tramp yəhudi dövlətini dəstəklədiyini desə də, İsrail-Fələstin münaqişəsinin həllində əsas prinsip olan iki xalq üçün «iki dövlət» prinsipindən danışmayıb. O, XXI əsrin əvvəllərindən müzakirə olunan, ancaq heç bir praktiki nəticə verməyən, ərəblərin də dəstəklədiyi sülh prosesindən danışıb.

İsrail və Fələstin arasındakı danışıqlar 9 aylıq nəticəsiz müzakirələrdən sonra dalana dirənib.

Trampın inauqurasiyasından sonra İsrail bəyan edib ki, Fələstin torpaqlarında yəhudi qəsəbələri tikəcək.

XS
SM
MD
LG