Tramp administrasiyası bildirir ki, ABŞ-a qeyri-qanuni daxil olan miqrantların deportasiyası sürətləndiriləcək.
Administrasiya prosesdən məhkəmə nəzarətini çıxarmaqla rəsmilərə bir neçə ay yox, bir neçə gün içərisində miqrantları geri qaytarmağa səlahiyyət verəcək.
Ölkədə azı iki il yaşadıqlarını sübut edə bilməyən qeyri-qanuni miqrantların çoxu Birləşmiş Ştatlardan dərhal çıxarılacaq.
Tramp administrasiyası Mühacirət və Gömrük İcrası (ICE) bürosunu “sənədlərini göstər” ordusuna çevrir.Vanita Qupta, hüquq müdafiəçisi
Hüquqi ekspertlər onsuz da ABŞ-Meksika sərhədində icra edilən bu praktikanın immiqrasiya hakimlərinin və mühacirət vəkillərinin prosesdən kənarda saxlandığı yeni qaydalar altında dramatik şəkildə genişləndiriləcəyini proqnozlaşdırırlar.
Adi prosesdə həm hakimlər, həm də vəkillər iştirak edir.
“Tramp administrasiyası Mühacirət və Gömrük İcrası (ICE) bürosunu “sənədlərini göstər” ordusuna çevirir” , mülki hüquq müdafiəçisi Vanita Qupta deyir.
Eksperlər güman edir ki, Tramp administrasiyasının yeni qaydası məhkəmələr tərəfindən tez bir şəkildə bloklanacaq.
Trampın bir neçə mühacirət siyasətini məhkəməyə vermiş Amerika Mülki Azadlıqlar İttifaqı (ACLU) indidən bu qaydalara qarşı məhkəmədə mübarizə aparacağını bəyan edib.
Prezident Donald Tramp Mərkəzi Amerikadan ailələrin ABŞ-Meksika sərhədinə axınını əngəlləməyə səy göstərir.
Burada mühacir sayının çoxluğu saxlanma mərkəzlərində sıxlığa yol açaraq humanitar böhran yaranması barədə siyasi debata təkan verib.