Accessibility links

Tramp administrasiyası və Baydenin kampaniyası ABŞ iqtisadiyyatının perspektivləri ətrafında mübahisə aparır


ABŞ-da prezident seçkilərinə səkkiz həftədən az bir müddət qalmış prezident Donald Trumpın administrasiyası və prezidentliyə Demokratik namizəd Co Baydenin kampaniyası arasında ABŞ iqtisadiyyatının perspektivləri ətrafında mübahisələr gedir.

Maliyyə nazir Stiven Mnuçin işsizlik səviyyəsinin avqust ayında 8,4 faizə enməsi və 1,4 milyon yeni iş yerinin açılmasının koronavirus pandemiyası səbəbi ilə zərər çəkmiş iqtisadiyyatda bir canlanmaya işarə olduğunu deyib.

ABŞ-ın maliyyə nazir Stiven Mnuçin
ABŞ-ın maliyyə nazir Stiven Mnuçin

"Üçüncü rübdə ümumi daxili məhsul fövqəladə olacaq", Mnuçin bazar günü Fox News tele kanalına verdiyi müsahibədə bildirib.

Bununla belə, o, işsizlik səviyyəsinin mart ayında son 50 ildə rekord aşağı - 3,5 faiz olduğu səviyyəyə qayıtması üçün ABŞ iqtisadiyyatının azı 7,5 milyon yeni iş yerinə ehtiyacı olduğunu etiraf edib.

Milyonlarla insan işsiz qalır, işə götürənlər isə iş yerlərini ixtisar etməyə davam edir. Bu ilin əvvəlindən bəri ABŞ-da 50 milyondan çox insan heç olmasa bir dəfə işsizliyə görə müavinət alıb.

"Amerika iqtisadiyyatı bərpa olunur" – deyə, Mnuçin bildirib və prezident Trampın "onu geri qaytaracağını" əlavə edib.

Lakin prezident Trampın demokrat rəqibi olan Co Baydenin vitse-prezidentliyə namizədi senator Kamala Harris Trampın pandemiya dövründə iqtisadiyyatı idarə etməsini "uğursuz və səriştəsiz" adlandırıb.

Vitse-prezidentliyə namizəd, senator Kamala Harris Kamala Harris
Vitse-prezidentliyə namizəd, senator Kamala Harris Kamala Harris

Harris CNN tele kanalına müsahibəsində Trampın iqtisadiyyatın vəziyyətini "zənginlərin durumuna görə" qiymətləndirdiyini deyib. "Hər beş anadan biri 12 yaşınadək uşaqlarının aclıq çəkdiyini deyir", o bildirib

Mnuçin Respublikaçıların nəzarətində olan Senatın qarşıdan gələn günlər bu ilin əvvəli Konqres və Tramp tərəfindən sanksiya edilmiş 3 trilyon dollarlıq yardımla yanaşı, koronavirusla əlaqədar hədəfli yardım paketini təsdiqləməyə çalışacağını bildirib.

Respublikaçı və Demokrat qanunvericilər daha geniş yeni yardım paketi ilə bağlı razılığa gələ bilməyib. Əsas fikir ayrılıqları işsizliyə görə əlavə müavinətlərin miqdarı və ödənişlərinin müddəti ilə bağlı olub.

Federal hökumət iyul ayının sonuna qədər işsizlərə həftədə bundan daha az miqdarda ştat müavinətlərinə əlavə olaraq 600 dollar ödəyirdi. Trump ştatları həftədə 400 dollar məbləğində ödəmələri davam etdirməyə çağıran fərman imzalayıb. Lakin ştatlar miqdarı azaldılmış bu müavinətlərin ödənişini ləngidib, bəzi ştatlar isə bunu etməyə ümumiyyətlə razı olmayıb.

XS
SM
MD
LG