Accessibility links

Tramp administrasiyasının mühacirətlə bağlı sərt siyasəti hiddətə səbəb olub


ABŞ-ın cənub-qərb sərhədində Birləşmiş Ştatların immiqrasiya rəsmiləri uşaqları valideynlərindən ayırdıqları zaman ağlayaraq yalvaran uşaqların səs yazısı Tramp administrasiyası və onun mühacirətlə bağlı "sıfır dözümlülük" siyasətinə qarşı yeni hiddət dalğası ilə qarşılanıb.

Təxminən səkkiz dəqiqə davam edən səs yazısı bazar ertəsi ProPublica adlı müstəqil xəbər səhifəsi tərəfindən yayılıb.

Səs yazıları arasında Sərhəd Patrul xidmətinin əməkdaşına xalasına zəng vurmaq üçün yalvaran altı yaşlı uşağın da səsi də var.

Prezident Donald Tramp administrasiyasının ABŞ-ın Meksika ilə sərhədində uşaqları zorla valideynlərindən ayırmalarına dair siyasətini müdafiə edərək bildirib ki, “ABŞ mühacir düşərgəsi və qaçqın saxlama məntəqəsi olmayacaq.”

Trampın Respublikaçı partiyası Konqresin hər iki palatasında üstünlük təşkil edir və sərhəd polisləri onun administrasiyası tərəfindən təyin edilib.

ABŞ rəsmiləri deyib ki, təxminən 2000 uşaq aprelin ortalarından mayın sonunadək təcrid mərkəzlərinə göndərilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG