Accessibility links

Tramp administrasiyasının rəsmiləri Konqresi İran təhlükəsi ilə bağlı məlumatlandıracaq


ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan
ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan

ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri çərşənbə günü Konqresin bütün üzvlərini onların bəyan etdikləri kimi İranın yaratdığı təhlükə ilə bağlı məlumatlandıracaq.

ABŞ dövlət katibi Mayk Pompeo, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan, Birgə Baş Qərargahlar rəisi general Cozef Danford və kəşfiyyat orqanlarının adları çəkilməyən rəsmiləri ABŞ qanunvericiləri ilə danışıqlar aparmağı planlaşdırır. Bu addım ABŞ rəsmilərinin İranın keçən həftə Səudiyyə Ərəbistanının iki neft kəməri nasos stansiyası və daha dörd neft tankerinə qarşı təxribata görə İranın məsuliyyət daşıdığını bildirməsindən sonra atılır.

ABŞ-ın nüfuzlu senatorlarından biri olan Lindsi Qraham bazar ertəsi günü milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton tərəfindən məlumatlandırıldıqdan sonra deyib:

“Aydındır ki, son bir neçə həftə ərzində İran digər ölkələrə məxsus neft kəmərləri və gəmilərə hücumlar edib və Amerikanın İraqdakı maraqlarına qarşı təhlükələr yaradıb.”

Qraham Twitter səhifəsindəki mesajında yazıb: “Günah Birləşmiş Ştatlar, ya da başqa bir ölkə deyil, İranın özündədir. Əgər İranın Amerika personalı və maraqlarına qarşı hədələri aktivləşdirilsə, biz ciddi hərbi cavab verməliyik. Mən cənab prezidentlə bir dayanıram.”

Tramp bazar günü Twitter səhifəsində yazıb: “Əgər İran döyüşmək istəyirsə, bu, İranın rəsmən sonu olacaq. Bir də Birləşmiş Ştatlara hədə gəlməyin!”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın mesajına cavab olaraq, ABŞ prezidentinə hədə gəlmək əvəzinə “hörmət göstərməyə çalışmağı” tövsiyə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG