Accessibility links

Tramp administrasiyası: İran nüvə razılığına əməl edir


ABŞ höküməti bir daha İranın 2015-ci ildə əldə olunan nüvə razılığına əməl etdiyini təsdiq etdiyini bildirib. Prezident Donald Tramp dəfələrlə bu razılığı “ən pis razılıq” adlandırıb.

ABŞ qanununa əsasən, Dövlət Departamenti hər 90 gündən bir Konqresə İranın razılığa riayət edib-etməməsi ilə bağlı məlumat verməlidir.

Razılığın əldə olunmasında böyük rol oynayan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu tarixi razılığın ikinci ildönümündə Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreslə görüşüb.

Bu yaxınlarda baş katib İranın nüvə proqramının sülhpərvər olduğundan əmin olmağın ən yaxşı yolunun bu nüvə razılığının olduğunu deyib.

Ağ Ev rəsmiləri administrasiyanın nüvə razılığına qarşı mövqeyini hələ də nəzərdən keçirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG