Accessibility links

Tramp Ali Məhkəmədən Twitter-də tənqidçilərini bloklamağa icazə verməsini istəyib


Prezident Donald Tramp Ali Məhkəmədən tənqidçilərini şəxsi Twitter səhifəsindən bloklamağa icazə verməsini istəyib.

Administrasiya cümə axşamı Ali Məhkəməyə iddiasına dair verdiyi açıqlamada Trampın 85 milyondan çox izləyicisi olan @realdonaldtrump səhiəfsinin onun şəxsi mülkiyyəti olduğunu bildirib.

"Prezident Trampın şəxsi Twitter hesabının xüsusiyyətlərindən, o cümlədən bloklama funksiyasından istifadə etmək bacarığı prezident ofisindən müstəqildir" - deyə, baş prokuror vəzifəsini icra edən Ceffr Voll məhkəmədən işə baxılmasını istəyib.

Nyu-Yorkdakı Federal Apellyasiya Məhkəməsi keçən il Trampın hesabından istifadə edərək, yaydığı gündəlik açıqlamaların rəsmi xarakter daşıdığı barədə qərar çıxarıb. Qərara əsasən Trampın tənqidçilərini susdurması konsitutsiyaya ziddir.

Məhkəmə dinləmələri ilə bağlı qərar noyabr seçkisindən əvvəl verilməyəcək.

Məhkəmə işi Kolumbiya Universitetindəki "Knight First Amendment Institute" -nun Tramp siyasətlərini tənqid etməsindən sonra Tramp tərəfindən bloklanan yeddi şəxs adından məhkəməyə verilməsindən sonra böyüyüb.

İnstitutun icraçı direktoru Camil Caffer məhkəmələrin Trampın müraciətini qəbul etməkdən imtina etməsi gərəkdiyini söyləyib.

"Bu iş demokratiyamız üçün əsas olan və əsasən Birinci Düzəlişlə sinonim olan bir prinsipə aiddir: Hökümət nümayəndələri, siyasi fikirləri ilə razılaşmadıqları üçün insanları ictimai forumlardan xaric edə bilməzlər" - deyə, o bildirib.

Administrasiya aşağı instansiya ilə deyil, birbaşa Ali məhkəməyə müraciət edərək, "Prezidentin şəxsi qərarları və rəsmi davranışları arasındakı xəttin hara çəkiləcəyi barədə qərar verməlidir" bildirib.

Hazırda koronavirus pandemiyası səbəbi ilə məhkəmə prossesində gecimkələr yaşanır.

Ali Məhkəmə virusun yayılması səbəbi ilə binanı ictimaiyyətə bağlı olduğunu və şəxs görüşləri ləğv etdikdən sonra telefon konfransları keçirilməsinə və apellyasiya şikayətlərinin verilmə müddətini 90 gündən 150 günə qədər uzadəlmasına qərar verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG