Accessibility links

Tramp impiçmentinə çağıran qanunvericini tənqid edib


ABŞ prezidenti konqresmen Jastin Amaşın onun impiç edilməsi çağırışını tənqid edib. Bu çağırışı edən Miçiqan ştatından ilk respublikaçı qanunverici Donald Trampı "tamamilə çəkisiz" adlandırıb.

Prezident Nümayəndələr Palatasında 5-ci dönəmdir çalışan konqresmenin "heç vaxt fanatı" olmadığını deyib.

"O, mənim və respublikaçılarımızın bir neçə ideya və siyasətinin əleyhinə çıxmaqla adının mübahisəli məsələlərdə hallanmasını istəyir" , prezident bildirib.

Tramp tvit edib ki, Jastin opponentlərimizin xeyrinə oynayan uğursuz bir şəxsdir.

Bir sıra demokrat qanunvericinin səsinə səs verən Amaş bildirib ki, Tramp impişmentə əsas ola biləcək hərəkətlərə yol verib.

O bunu prezidentin 2016-ci il Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair təhqiqata mane olmaq cəhdləri ilə izah edib.

Robert Müller hesabatının redaktə edilmiş versiyasının ictimaiyyətə açıqlanmasından sonra bəzi müxalif demokratlar prezident Donald Trampın impiçmentinə dair çağırışlarını artırıb.

Onlar arasında prezidentliyə namizədlər də var.

Ümumilikdə isə demokratlar uzun və siyasi baxımdan ziddiyətli prezidenti impiç edib, vəzifədən uzaqlaşdırmaq prosesini izləyib-izləməməklə bağlı fərqli mövqelərə sahibdir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hələ ki, impiçmentin əleyhinədir.

XS
SM
MD
LG