Accessibility links

Sorğu: Trampa mənfi, Amerikaya isə müsbət münasibət


Pew Araşdırma Mərkəzinin çərşənbə günü açıqladığı rəy sorğularının nəticələri dünyanın bir çox ölkəsində Amerikaya münasibətin müsbət, lakin prezident Trampa münasibətin mənfi olduğunu göstərib.

Rəyi soruşulanların 64 faizi Trampın xarici siyasətinə etimad etmədiyini bildirib. ABŞ dövlət başçısına bu sahədə cəmi 28 faiz dəstək nümayiş etdirib.

33 ölkədə keçirilən sorğularda 37 min adam iştirak edib.

Trampa ən pis münasibət Şərqi Avropa ölkələrində göstərilib.

Almanların 13, isveçlərin 18, fransızların 20, ispanların 21, niderlandların 25, yunanların 25 və britaniyalıların 32 faizi Trampa etimad etdiklərini deyib.

Rusiyada respondentlərin 20 faizi hesab edir ki, Tramp xarici siyasət kursunu düzgün aparır.

Meksikada rəyi soruşulanların 89 faizi Trampa inanmadığını deyib.

Bəzi ölkələrdə isə Trampa dəstək nümayiş etdirilib: Tramp Hindistanda 56, Nigeriyada 58, Keniyada 65, İsraildə 71 və Fillippində 77 faiz dəstək əldə edib.

Respondentlərin 68 faizi Trampın tarif siyasəti, 68 faizi onun iqlim dəyişikliyi sazişindən çıxması və 60 faizi ABŞ dövlət başçısının Amerika-Meksika sərhədlərində yaratdığı durumun əleyhinə olduğunu qeyd edib.

Amerika ilə bağlı ən pozitiv mövqe Polşa (79 faiz), Litva (46 faiz) və Macarıstanda (66 faiz) müşahidə edilib.

Ən aşağı reytinq isə Niderland (46 faiz), İsveç (45 faiz) və Almaniyada (39 faiz) qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG