Accessibility links

Tramp Amerikanın hərbi qulluqçularını Şükran bayramı münasibəti ilə təbrik edib


ABŞ prezidenti Donald Tramp Amerikanın hərbi qulluqçularını Şükran bayramı münasibəti ilə təbrik edib. Təbrikini telefonla ünvanlayan Tramp deyib ki, sizin şücaətiniz bizi həqəqətən ruhlandırır.

ABŞ dövlət başçısı ordu, dəniz qüvvələri, hava və sahil keşikçilərinə özü və birinci xanım Melaniya Tramp adından dərin minnətdarlığını bildirib.

Bayrama səhər tvitlərindən başlayan prezident baş hakim Con Robertlə ictimai mübahisəsinə toxunub. Tramp yazıb ki, məhkəmənin onun mühacirət qanunları ilə bağlı qərarını ləğv etməsi “xaos, xəsarət və ölümə”ə yol açacaq.

XS
SM
MD
LG