Accessibility links

Tramp amerikalıları Analar günü münasibətilə təbrik edib


ABŞ prezidenti Donald Tramp bazar günü amerikalılara Analar günü münasibətilə təbriklərini çatdırıb.

“Bu bazar günü ilin ən mühüm bazar günlərindən bidir”, Tramp Twitter sosial şəbəkəsində yerləşdirilmiş mesajında bildirib.

Mənim gördüyüm işlərin çoxu və əldə etdiklərimin çoxuna görə mən öz anama borcluyam

“Bizim respublikamızın ilk günlərindən Amerika öz gücünü anaların sevgisindən, qəhrəmanlığından və fədakarlığından alıb” deyən Tramp qadınlar və anaların ABŞ tarixində müstəqilliyin əldə edilməsi dövründən tutmuş İkinci Dünya Müharibəsinə qədər rolunu vurğulayb.

Bizim respublikamızın ilk günlərindən Amerika öz gücünü anaların sevgisindən, qəhrəmanlığından və fədakarlığından alıb

Prezident Tramp müraciətində öz anası ilə bağlı xatirələrini də bölüşüb. “Onun adı Meri Maklaud idi, o çox gənc yaşlarında Şotlandiyadan gəlib atamla tanış olmuşdu. Onlar uzun illər ər və arvad kimi həyat sürmüşdü və mən çox şeyi anamdan öyrənmişdim. O çox qeyri-adi bir insan idi. Mehriban, sədatəqli, olduqca ağıllı, lazım gələndə sərt ola bilsə də, amma əslində, çox gözəl bir insan idi”, Tramp bildirib.

“Mənim gördüyüm işlərin çoxu və əldə etdiklərimin çoxuna görə mən öz anama borcluyam”, Tramp xüsusi qeyd edib.

XS
SM
MD
LG