Accessibility links

Tramp Arizonanın keçmiş şerifini əvf etdiyinə görə tənqidlərlə qarşılaşır


Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan prezident Donald Trampın Arizonanın keçmiş şerifi Co Arpayonu əvf etmək qərarı ilə razı olmadığını deyib. Arpayo bir ay əvvəl onun rəhbərlik etdiyi departament tərəfindən “irqi təhlil” siyasəti yürüdülməsi ilə əlaqədar cinayət işinə əsasən müqəssir tanınıb.

“Hüquq-mühafizə orqanlarının rəsmiləri Birləşmiş Ştatlarda hamının hüquqlarına hörmək etmkə kimi xüsusi bir məsuliyyət daşıyır. Biz keçən bu əvflə həmin məsuliyyətin azaldıldığına inanmasına imkan verə bilmərik”, spikerin sözçüsü Daq Andresin bəyanatında bildirilir.

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan
Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan

Arizona ştatını təmsil edən hər iki senator-Con Makkeyn və Ceff Flake də bu addımı tənqid edib.

Hüquq-mühafizə orqanlarının rəsmiləri Birləşmiş Ştatlarda hamının hüquqlarına hörmək etmək kimi xüsusi bir məsuliyyət daşıyır. Biz bu əvflə həmin məsuliyyətin azaldıldığına inanmasına imkan verə bilmərik.
Pol Rayan

Ağ Evin cümə günü açıqladığı bəyanatda bildilir: “Şerif olduğu zaman Arpayo cəmiyyəti cinayət və qeyri-qanuni mühacirətdən müdafiə etmək kimi həyat işini davam etdirib. Şerif Co Arpayonun hazırda 85 yaşı var, və ölkəmizə 50-dən artıq əla xidmətinə görə o, prezidentin əvfinə layiq bir namizəddir.”

Tramp keçən həftə kampaniya dövrü tədbirə oxşar görüşdə Arpayou əvf edə biləcəyinə işarə etmişdi. Onun tərəfdarları Arpayonu “Amerikanın ən sərt şerifi” adlandırır.

Arizona ştatının Finiks şəhərində ABŞ prezidenti Donald Trampın Arizonanın keçmiş şerifi Co Arpayonu əvf etmək qərarına etiraz aksiyası
Arizona ştatının Finiks şəhərində ABŞ prezidenti Donald Trampın Arizonanın keçmiş şerifi Co Arpayonu əvf etmək qərarına etiraz aksiyası

Arizona ştatının şerifi olduğu dövrdə Arpayo qeyri-qanuni müharcirətə qarşı sərt ölçülər götürülməsinin qızğın tərəfdarı olub. O, keçən ay 2011-I ildə ABŞ dairə məhkəməsinin hakiminin qərarını yerinə yetirmədiyinə görə məhkum edilib. Arpayo məhkəmənin qeyri-qanuni mühacirlərin aşkar edilməsi məqsədilə yollarda yoxlamaların dayandırılması qərarına əməl etməkdən imtina etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG