Accessibility links

Tramp Asiya səfərindən razı qalıb


ABŞ prezidenti Donald Tramp çərşənbə Asiyada beş ölkəni əhatə edən 12 günlük səfəri zamanı əldə etdiyi "nailiyyətlərinin" detallarını açıqlayacağını deyib.

Çərşənbə axşamı ABŞ-a dönərkən Tramp ticarət də daxil olmaqla, bir neçə məsələdə uğur əldə etdiklərini bildirib.

Tramp müxbirlərə deyib ki, onun səfəri Şimali Koreya məsələsi və hər kəsi bir araya gətirmək baxımından yaxşı keçib. Tramp əsasən də Çin, Yaponiya və Cənubi Koreyanı tərifləyib.

Çərşənbə axşamı Manilada keçirilən Şərqi Asiya Sammitində bağlı qapılar arxasındakı çıxışlarında Tramp Şimali Koreyanın böyük qlobal hərbi təhlükə olaraq qaldığını deyib.

"Şimali Koreyanın nüvə və ballistik raket proqramları bütün dünyaya hədədir”, deyə Tramp bildirib.

O bütün ölkələri Koreya Yarımadasının tamamilə nüvəsizləşdirilməsini təmin etmək üçün Birləşmiş Ştatlara yardım etməyə çağırıb.

Tramp Çinin Cənubi Çin dənizində zastava tikmək səylərindən narahat olduğunu və Birləşmiş Ştatlarin bütün ərazi münaqişələrinə sülh yolu ilə son qoyulmasını dəstəklədiyini bildirib.

XS
SM
MD
LG