ABŞ prezidenti Donald Tramp NBC-nin xəbərini "tam uydurma" adlandıraraq bu şirkətin hökumət lisenziyasından məhrum edilməsi nəsələsini qaldırıb. Telekanalın yaydığı xəbərdə Trampın bir neçə ay bundan əvvəl Amerikanın nüvə arsenalının onqat artırılmasına çağırdığı bildirilmişdi.
NBC CNN-dən də qeyri-səmimi və yalan xəbərlər yayır. Bu, dəqiq məlumat yayılmasında rüsvayçılıqdır.Donald Tramp, ABŞ Prezidenti
Tramp iyul ayında Pentaqonda yüksək rütbəli hərbi rəsmilər və milli təhlükəsizlik komandası ilə keçirilən görüş zamanı nüvə silahlarının təqribən 4 minə yaxın olduğunu deyib. NBC görüşdə iştirak edən 3 nəfərə istinadən bu xəbəri yaymışdı. O vaxt brifinqdə Amerikanın nüvə arsenalının 1960-cı illərdən bəri tədricən azaldılmasına dair sualın cavabında prezident daha böyük arsenala malik olmaq istədiyini bildirmişdi.
Dövlət Katibi Reks Tillerson da daxil olmaqla görüş iştirakçıları Trampın dediklərinə olduqca təəccüblənmişdilər. Onlar silahlara nəzarət sazişlərinin şərtlərinə əsasən nüvə silahı inkişafının artımını inkar etmişdilər.
Həmin Pentaqon toplantısından az sonra ABŞ xəbər agentlikləri Tillerosnun iyulda ABŞ prezidentinin intellektini sərt şəkildə sual altına aldığını, onu "ağılsız" (moron) adlandırdığını bildiriblər. O vaxtdan bəri Tillerson işinə və Prezident Tramp üçün işləməyə sadiq olduğunu bildirib, lakin xəbərlərdə deyilənləri inkar etməyib.
ABŞ prezidenti dövlət katibinin onu "moron" (ağılsız) adlandırması barədə məlumat yayıldıqdan sonra İQ testində ondan üstün ola biləcəyini deyib.
"Məncə, bu, yalan xəbərdir. Əgər o bunu demişsə, İQ testlərimizi müqayisə etməlidir. Kimin qalib gələcəyini mən sizə deyə bilərəm," Tramp Forbes jurnalına müsahibəsində deyib.
NBC xəbər agentliyi dövlət katibinin cari ilin əvvəlində vitse-prezident Mayk Pens tərəfindən vəzifədə qalmasına razı salındığı barədə məlumat yaymışdı.
Prezident Tramp Twitter hesabında yazmışdı: "NBC CNN-dən də qeyri-səmimi və yalan xəbərlər yayır. Bu, dəqiq məlumat yayılmasında rüsvayçılıqdır. Xəbər reytiqlərinin niyə düşdüyünə heç bir şübhə qalmır.”