Accessibility links

Tramp: Avropa İttifaqı mallarına yeni tariflər tətbiq ediləcək


ABŞ prezidenti bildirib ki, 11 milyardlıq Avropa İttifaqı mallarına yeni tariflər tətbiq ediləcək. Donald Tramp bunu Dünya Ticarət Təşkilatının Aİ-nin qanunsuz olaraq Airbus istehsalçılarını qanunsuz şəkildə subsiyalarla təmin etməsini bildirməsindən sonra deyilib.

DTT ötən may ayında Avropa İttifaqına üzv ölkələrin Airbus-a A380 və A350 təyyarələrinin istehsalı üçün 22 milyard dollar yardım ödəməsinin onun Amerikadakı rəqibi Boeing-ə zədə vurduğunu bildirib.

Tramp deyib ki, təşkilat subsidiyaların Amerikaya mənfi təsirini bildirib və buna görə Aİ mallarına yeni tarifilər tətbiq edilir. Prezident ittifaqın illərlə Amerikadan istifadə etdiyini və bunun artıq sonu gəldiyini deyib.

Avropa İttifaqı ilə ABŞ arasında Airbus və Boeing-in subsiyalarla təmin edilməsi ilə bağlı mübahisələr illərdir davam edir. Müxtəlif vaxtlarda DTT bu subsidiyaların əleyhinə çıxış edib.

ABŞ Dünya Ticarət Təşkilatının tariflərin ölçüsünü müəyyən edən hesabatını açıqlamasından sonra hansı mallara tariflərin tətbiq ediləcəyini açıqlamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG