Accessibility links

Tramp: Britaniya səfiri "çox axmaq" adamdır


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Britaniyanın Vaşinqtondakı səfiri Kim Darroku “çox axmaq adam” adlandırıb. Prezident bunu onu “yararsız”, “özünə inamı olmayan” və “səriştəsiz” adlandıran səfirə cavab olaraq söyləyib.

Tramp Twitter hesabında diplomat Kim Darroçu tanımadığını və ABŞ-da onunla bağlı mübsət təəsüratların olmadığını da yazıb.

ABŞ lideri Twitter hesabında yazıb ki, Darrok “ölkəsi və baş nazir Meyə iflasa uğrayan Brexit danışıqlarından bəhs etməlidir, mənim bu danışıqların necə pis idarə olunduğuna dair tənqidlərimə görə məyus olmamalıdır. Mən @theresa_may-ə bu razılığı necə hazırlamalı olduğunu söylədim, amma o öz axmaq yolu ilə irəlilədi və razılıq əldə edə bilmədi. Fəlakət!”.

Bundan öncə Donald Tramp bazar ertəsi deyib ki, o, administrasiyasını“tayı-bərabəri olmayan disfunksional” administrasiya adlandıran Britaniyanın Vaşinqtona səfiri ilə “işləməyəcək”.

ABŞ-ın Britaniya səfirliyinə formal nota göndərib-göndərməyəcəyi bəlli deyil.

Kim Darroç
Kim Darroç

Tramp Twitter hesabında diplomat Kim Darroku tanımadığını və ABŞ-da onunla bağlı mübsət təəsüratların olmadığını da yazıb.

Bu arada isə Britaniya Darrokun Vaşinqtondan Britaniyaya yolladığı diplomatik teleqramları sızdıran mənbəni tapmağa çalışır.

ABŞ-ın uzun illərdir yaxın müttəfiqi olan rəsmi London 2016-cı ildən bəri Britaniyanın Vaşinqtoda səfiri olan Darrokun Trampla bağlı etdiyi şərhlərin üzə çıxmasından sonra məyus olub. Səfirin sözləri həftə sonu Britaniyada qəzetlərdə dərc olunandan sonra, London bu məlumatı təkzib emtəyib.

Vaşinqtonda səfərdə olan Britaniyanın ticarət naziri Liam Foks BBC radiosuna bildirib ki, o, bu gün görüşəcəyi İvanka Trampdan üzr istəyəcək.

Sızdırılan teleqramlar Britaniyanın yüksək vəzifəli nazirləri və dövlət məmurları üçün nəzərdə tutulmuşdu, lakin rəsmilər bu məlumatları sızdıran şəxsin xarici hökümət deyil, Britaniya siyasətçiləri və ya rəsmiləri arasından olacağına inanır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG