Accessibility links

Tramp bildirib ki, ABŞ-da 1 milyon insana koronavirus testi edilib


ABŞ Prezidenti Donald Tramp sosial məsafə saxlama qaydalarının bir ay uzadılmasının ölkədə 1 milyon insanın həyatını xilas edə biləcəyini qeyd edib.

"Böyük bir qələbə qazanacağıq. Başqa seçimimiz yoxdur" - deyə, Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-ın səhiyyə rəsmiləri tədbirlərə ciddi riayət olunsa da, ölkədə COVID-19 nəticəsində ölüm sayının 100.000 ilə 200.000 arasında olacağına dair xəbərdarlıq edir.

Prezident Ağ Evdə koronavirusa qarşı mübarizəyə dair işçi qrupunun hər gün keçirilən brifinqində jurnalistlərə bildirib ki, artıq ölkə daxilində 1 milyon insan yeni koronavirus testindən keçib.

ABŞ-da təsdiqlənmiş yoluxmaların sayı 160.000-i keçib - bu, dünyada ən yüksək göstəricidir. Ölkədə 2800-dən çox ölüm halı qeydə alınıb. Medianın məlumatlarına görə, bazar ertəsi ölkə üzrə ölüm sayı rekord 486 nəfərə çatıb.

Tramp bazar ertəsi qubernatorlarla tele konfrans keçirib və danışıqların onların ona "əla işlər gördüyünüz üçün təşəkkür edirik” deməsi ilə bitdiyini açıqlayıb.

Verilən məlumatlara görə, prezident qubernatorlara "həftələrlə test çatışmazlığı haqqında eşitmədiyini" deyərək, insanların yoxlanması üçün koronavirus testlərinin xroniki çatışmazlığının artıq problem olmadığını təxmin edib.

Bəzi qubernatorlar bazar ertəsi ştatlardakı xəstəxanaların növbəti həftələrdə qarşılaşacağı mümkün ağır COVID-19 xəstələri üçün ventilyator çatışmazlığı ilə əlaqədar həyəcan təbili çalmağa davam ediblər.

Ağ Evin Qızıl Gül keçirilən mətbuat üçün brifinqində Tramp ölkədə ən azı 10 şirkətin ventilyator istehsal etdiyini vurğulayıb.

"Düşünürəm ki, çox yaxşı vəziyyətdə olacağıq" - deyə, o qeyd edib.

Brifinqdə Tramp ABŞ-ın İtliyada COVID-19 xəstələrinin çoxluq təşkil etdiyi xəstəxanalara 100 milyon dollar dəyərində fərdi qoruyucu vasitələr göndərəcəyini açıqlayıb.

Amerika Birləşmiş Ştatlarının xəstəxanaları da avadanlıqlara ehtiyac duyur və bu da digər istehsalçıları tələbatı ödəmək üçün əməliyyatlarını dəyişdirməyə vadar edir. Tramp təcili yardım təchizatının ABŞ -da ehtiyacları təmin etdikdən sonra onların Fransa və İspaniya da daxil olmaqla, ehtiyac duyulan yerlərə göndərəcəyini bildirib.

O, Çin və Rusiyanın da ABŞ-a koronavirusla mübarizədə kömək məqsədilə təchizat göndərən ölkələr arasında olduğunu açıqlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG