Accessibility links

Tramp Konqres liderləri ilə görüşəcək


ABŞ prezidenti hökumətin bağlanmasının 19-cü günü Konqres liderləri ilə Ağ Evdə ikinci görüşünü keçirməlidir. Sərhəd mübahisələrinə görə hökumətin bağlanması məsələsi yenə gündəmdə olacaq.

Görüş Donad Trampın Amerika xalqına müracətindən bir gün sonra baş tutmalıdır.

Prezident hər iki partiya arasında razılıq əldə edilməsinin əleyhinədir

Tramp Meksika sərhədlərində divarın inşasının mühümlüyünü qeyd etsə də, milli fövqəladə vəziyyət elan etməyib.

Tənqidçilər prezidentin Konqresin təsdiqi olmadan divarın inşasına başlamaq istədiyini deyir.

"Demokratlar böhranı qəbul etmir. Onlar ölkəmiz və ailələrimizin müdafiəsi üçün sərhəd agentlərini lazımi alətlərlə təmin etməkdən imtina edir. Federal hökumətin bağlı qalmasının yeganə səbəbi demokratların divar layihəsini maliyyələşdirməməsidir" , Tramp deyib.

Tramp müxalif demokrat qanunvericilərlə sərhəddə divarın inşası üçün 5 milyard dollardan çox vəsaitin ayrılması məsələsi ətrafında mübahisə aparır.

Demokratlar Trampın müraciətini tənqid edərək, onun mübahisəinin həllindənsə, qorxu yaratmağa can atdığını bildirib.

Federal hökumətin bağlı qalmasının yeganə səbəbi demokratların divar layihəsini maliyyələşdirməməsidir

"Konqresin ilk günü Nümayəndələr Palatası Senatın respublikaçı qanunvericilərinin hökumətin açılışına və effektiv sərhəd təhlükəsizliyinə dair sənədini təsdiq edib. Lakin prezident hər iki partiya arasında razılıq əldə edilməsinin əleyhinədir. O, mənasız, bahalı, qeyri-effektiv bir divar üçün amerikalı vergi ödəyənlərini pulunu sərf etmək istəyir. Prezident bu divarın Meksikanın maliyyələşdirəcəyinə vəd verirdi" , Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

Çak Şumer, Nensi Pelosi, Donald Tramp
Çak Şumer, Nensi Pelosi, Donald Tramp

Senatda demokratların lideri Çak Şumer isə deyib ki, divara heç bir ehtiyac yoxdur. O, Trampın böhranın həllinə son qoymaq istəyində olmadığını da bildirib.

Tramp sabah ictimai dəstək səylərinin bir hissəsi olaraq Amerikanın cənub sərhədlərinə səfər edəcək.

Hökumətin qismən fəaliyyətini dayandırması yüz minlərlə federal işçiyə təsir göstərir.

Bir çoxları məcburi məzuniyyətə göndərilib, digərləri isə işləsə də maaş almır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG