Accessibility links

Tramp bir daha mətbuatı tənqid atəşinə tutub


ABŞ prezidenti Amerikanın xəbər agentliklərini tənqid edərək, onların “Rusiyanın müdaxiləsi hoqqası” adlandırdığı xəbərlərlə dünyanın tənqidlərinə səbəb olduqlarını deyib.

Çox pis iş görən, mən deyərdim ki, vətən xainləri olan bir çox adam var

Donald Tramp xüsusi nümayəndə Robert Müllerin 22 aylıq təhqiqiatının başladılmamasına dair tərəfdarlarının tivit mesajlarını paylaşıb.

ABŞ-ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

Barr Trampın kampaniyasının seçkinin Trampın xeyrinə nəticələnməsi məqsədilə Rusiya ilə əməkdaşlıq etdiyinə dair ittihamları təhqiq edən və 22 aydır davam edən istintaqın xülasəsini ictimaiyyətə təqdim edib.

Barr yekun hesabatını bazar günü Konqresə göndərib və ictimaiyyətə açıqlayıb. Müller hesabatını Ədliyyə Nazirliyinə cümə günü təqdim edib.

Barrın bildirdiyinə görə, Müller Trampın ədaləti əngəlləyib-əngəllmədəyinə dair heç bir nəticə çıxarmayıb və bu məsələni Barrla baş prokurorun müavini Rod Rozenstinə həvalə edib.

Uilyam Barr
Uilyam Barr

Trampın mətbuata hücumu və təhqiqatla bağlı uzun zamandır səslədirdiyi qəzəbi onun və respublikaçıların prezidentin əleyhinə olanlarla bağlı araşdırmalar aparılacağına vəd verdikləri bir vaxta təsadüf edir Araşdırmalar təhqiqiatın təşəbbüskarlarını əhatə edəcək.

"Çox pis iş görən, mən deyərdim ki, vətən xainləri olan bir çox adam var. Bu insanlara mütləq diqqət yetiriləcək” - deyə, ABŞ dövlət başçısı bildirib.

XS
SM
MD
LG