Accessibility links

Tramp Çinlə ticarət razılığının birinci fazasının yaxın günlərdə imzalanacağını bəyan edib


ABŞ prezidenti Donald Tramp Çinlə ticarət razılığının birinci fazasının yaxın günlərdə imzalanacağını bəyan edib.

“Biz ticarət razılığına dair ortaq məxrzə gəlmişik və bir qısa müddətdən sonra razılıq imzalanacaq” - deyə, Tramp Flordada keçirilən Dönüş Nöqtəsi tədbirində etdiyi çıxışı zamanı bildirib.

ABŞ-la Çin arasında ticarət razılaşması amerikalı fermerlər üçün elə faydalı olacaq ki, “onlar gedib daha iri traktorlar almalı olacaqlar” - deyə, prezident Donald Tramp iki ölkə arasında əldə olunan sazişi cümə günü şərh edib.

ABŞ lideri Pekinlə razılığı “fenomenal” adlandırıb.

Hər iki ölkənin rəsmiləri ticarət paktının birinci fazasının yekunlaşdığını elan ediblər ki, bu nəticə dövlətlərin bir-birlərinə əlavə tariflər tətbiq etməsini dayandıracaq.

Razılığın tərkib hissəsi olaraq Çin rəsmiləri Amerika kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaqlarını deyirlər.

Tramp deyib ki, təkcə kənd təsərrüfatı məhsullarının alqısı “tezliklə” $50 milyarda yüksələcək.

Bu, Çin və Birləşmiş Ştatlar arasında əməkdaşlığı gücləndirmək üçün daha yaxşı şərait yaradacaq,” Çinin vitse ticarət naziri Vanq Şouven bildirib.

Razııq ABŞ Çin məhsulların 160 milyard dollar həcmində yeni tariflər tətbiq etməsinə iki gün qalmış əldə olunub.

XS
SM
MD
LG