Accessibility links

Tramp: Biz Florens qasırğasına tam hazırıq


Tramp: Biz Florens qasırğasına tam hazırıq
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Amerikalılar növbəti güclü fırtınaya hazırlaşır. Florens qasırğası ABŞ-ın Atlantik okean sahilində yerləşən statlarına yaxınlaşdıqca gücünü artırır. Ən böyük təsirə Şimali Karolina ştatının məruz qalacağı gözlənilir, bundan əlavə isə güclü küləklər, yağışlar, daşqınlar və torpaq şürüşmələrinin qonşu Cənubi Karolina və Virciniya ştatlarına böyük ziyanlar vuracağı ehtimal edilir.

Çərşənbə axşamı ABŞ-ın Fövqəladə Hallar üzrə Federal Agentliyinin (FEMA) administratoru Brok Lonq və milli təhlükəsizlik katibi Kirstjen Nielsen prezident Donald Trampa hökümətin vətəndaşları Florens qasırğasından qorumaq üçün atdığı addımlar barədə məlumatlandırıb.

Biz heç bir xərcdən çəkinmirik. Biz tam hazırıq
Donald Tramp

“Biz heç bir xərcdən çəkinmirik. Biz tam hazırıq”, deyə Donald Tramp bildirib.

Metereoloqlar deyir ki, bu fırtına son onillərin ən şiddətli fırtınası ola bilər. Onlar külək, yağış, daşqınlar, torpaq sürüşmələri, eləcə də bina və infrastrukturların dağılması nəticəsində həmin ərazilərə milyardlarla dollar dəyərində ziyanın dəyəcəyini gözləyir.

Fırtınanın təhlükəsinə ən çox məruz qalan yerlər Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatları ola bilər ki, onlar son 25-30 ildə, bəlkə də heç vaxt buna bənzər hadisə ilə qarşılaşmayıblar.

Lonq deyib ki, quruya çatdığında Florensin 3 və ya 4 kateqoriyalı qasırğa olacağı gözlənilir.

“Bizi ən çox narahat edən fırtınanın yaradacağı dalğalardır. Evakuasiyalara ən böyük səbəb də elə budur”, o deyib.

Şimali Karolina
Şimali Karolina

Fırtına gözlənilən ərazilərdə yaşayan təxminən bir milyon insana evlərini təxliyyə etmələrinə dair göstəriş verilib.

Old Dominion Universitetinin professoru Harri Janqın sözlərinə görə, bu ilk dəfədir ki, Virciniya ştatının Norfolk şəhərinin sakinlərinə bu cür göstəriş verilir.

“Adətən biz evakuasiya etmirik, çünki bizim yaşadığımız ərazinin təbiət baxımından bəxti gətirib” – deyə, o söyləyib.

Bizi ən çox narahat edən fırtınanın yaradacağı dalğalardır. Evakuasiyalara ən böyük səbəb də elə budur
Brok Lonq

Sahilyanı ərazilərin sakinlərinə adətən sahildən uzaqlaşmağı tövsiyyə edirlər, amma Janq deyir ki, bu dəfə Florens-dən sonra bir neçə gün davam edəcək yağışlar səbəbilə sahildən uzaq ərazilərdə də daşqınların baş verəcəyi gözlənilir.

Norfolkda ABŞ-ın Dəniz Donanmasının əsas bazası yerləşir. Çərşənbə axşamı qoşunlar orada tədbir məqsədli işlər görüb.

Fırtınanın baş verəcəyi gözlənilən ərazilərdə yaşayan insanlar daha təhlükəsiz yerlərə getmədən öncə, daşqının ziyanlarını azaltmaq məqsədilə evlərinin pəncələrini və qapılarını taxtalarla bağlayırlar və qum torbalarından baryerlər qururlar.

Florensin cümə günü quruya çatacağı, sahil ərazilərdə bir neçə gün davam edəcəyi, 70 santimetrədək yağışlara və bir çox yerlərdə daşqınlara səbəb olacağı gözlənilir.

XS
SM
MD
LG