Accessibility links

Tramp BMT-nin Baş Assambleyasında çıxışında pandemiyaya görə Çini günahlandırıb


Tramp BMT-nin Baş Assambleyasında çıxışında pandemiyaya görə Çini günahlandırıb
please wait

No media source currently available

0:00 0:02:57 0:00

ABŞ prezidenti Donald Tramp ölkə daxilində pandemiya ilə mübarizənin davam etdiyi vaxt BMT-nin Baş Assambleyasının tarixi 75-ci sessiyasının açılışı zamanı çıxışında təşkilatı “Çini hərəkətlərinə görə məsul tutmağa” çağıraraq, Pekini COVİD-19 pandemiyasının qlobal səviyyədə yayılmasında ittiham edib. ABŞ-da seçkilərə altı həftə qalmış prezident Trampın Baş Assambleyaya mesajı onun kampaniya ritorikasını xatırladırdı.

Adətən dünya liderlərinin nitqləri və davamlı diplomatiyanın nümayiş etdirildiyi böyük tədbir olan BMT Baş Assambleyasının builki sessiyası virtual olaraq sakit şəraitdə keçirilir.

Prezident Tramp da daxil olmaqla, dünya liderləri çıxışlarını video vasitəsilə edir.

ABŞ prezidenti Donald Tramp

"Biz peyvəndi paylayacağıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və görünməmiş bir firavanlıq, əməkdaşlıq və sülhün yeni bir dövrünə qədəm qoyacağıq. Bu parlaq gələcəyə üz tutarkən biz dünyanı bu bəlaya salan ölkəni – Çini məsul tutmalıyıq."

Tramp Pekini koronavirusla bağlı məlumatı vaxtında bölüşməməkdə və xəstəliyin yayılmasının qarşısını almamaqda ittiham edib.

Çinin BMT-dəki səfiri Janq Jun bu ittihamları “əsassız” adlandıraraq, rədd edib. Çin prezidenti Şi Tsinpin COVİD-19-a qarşı beynəlxalq cavabın verilməsinə çağırıb.

Çin prezidenti Şi Tsinpin

“Məsələnin siyasiləşdirilməsi və stiqma yaradılmasına dair hər hansı bir cəhd rədd edilməlidir. Virusla qarşılaşdığımız zaman biz əhatəli və uzunmüddətli nəzarət tədbirləri hazırlamalıyıq.”

Seçkilərə altı həftə qaldığı bir vaxt Trampın çıxışı onun Çinlə bağlı kampaniya ritorikasını xatırladırdı.

Bəzi təhlilçilərin fikrincə, bu, dünya liderlərini onun fikirlərinin ABŞ-ın daimi mövqeyini əks etdirib-etdirmədiyini düşünməyə vadar edir.

Con Alterman, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi

“Amerika seçkilərinin nəticələri həm ABŞ və Çin kimi böyük qüclər, həm də dünyanın digər güclərinin bir-biri ilə necə əlaqə qurmasına kölgə salacaq. Bu, Amerika liderliyi altında olacaqmı? Amerikanın birtərəfliliyini məhdudlaşdırmağa çalışılacaqmı? Bunların çoxu seçkilərin necə keçəcəyindən asılı olacaq.”

BMT-nin baş katibi Antonio Quterreş Vaşinqton və Pekin arasında artan gərginliyi qeyd edərək, dünyanın “yeni soyuq müharibəyə” yol verməməli olduğunu deyib.

BMT-nin baş katibi Antonio Quterreş

“Biz çox təhlükəli bir istiqamətdə hərəkət edirik. Dünyamız iqtisadi cəhətdən inkişat etmiş iki ən böyük ölkənin öz ticarət və maliyyə qaydaları, internet və süni intellekt qabiliyyətləri ilə Yer kürəsinin “böyük çatla” bölündüyü bir gələcəyə imkan verə bilməz.”

Prezident Tramp çıxışında həmçinin ABŞ-ın sülh yaratmaq vəzifəsini yerinə yetirdiyini qeyd edib. O, administrasiyasının vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsraillə münasibətlərin normallarşdırılmasına dair əldə edilmiş razılığı vurğulayıb.

BMT-nin Baş Assambleyasında əvvəlki çıxışlarında olduğu kimi Tramp qloballaşmaya qarşı olduğunu və özünün “Amerika birincidir” xarici siyasət kursunu vurğulayaraq, deyib ki, “yalnız öz vətəndaşlarınızın qayğısına qaldıqda əməkdaşlıq üçün həqiqi bir əsas tapacaqsınız”.

Şərhlərə bax

XS
SM
MD
LG