Accessibility links

Trampın xarici səfərindən sonrakı ilk mətbuat brifinqində Merkel və Kuşner müzakirə olunub [Video]


Trampın xarici səfərindən sonrakı ilk mətbuat brifinqində Merkel və Kuşner müzakirə olunub
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Prezident Donald Trampın ilk xarici səfərindən sonra Ağ Evlə KİV-lər arasındakı gərgin münasibət daha da nəzərəçarpan bir hal alıb. Ağ Evin çətin vəziyyətdə olan sözçüsü Çon Spayser səfərdən sonrakı ilk mətbuat brifinqini yarımçıq kəsib. Bundan öncə isə müxbirlərə prezidentə qarşı rəftarla bağlı öyüdlər verib. Bu isə, Ağ Edə kommunikasiya işçilərinin dəyişməsi ilə bağlı söz-söhbətin dolaşdığı bir vaxta təsadüf edir.

Donald Tramp uğurlu keçdiyini dediyi xarici səfərindən geri dönəndən sonra bir sıra çətinliklərlə üzləşir.

Nəhayətdə, ən yaxşı elçi elə prezidntin özüdür- o bunu dəfələrlə təsdiq edib.
Şon Spayser

Ağ Ev Trampın kürəkəni və müşaviri Cared Kuşerlə bağlı suallardan qaçınır. Kuşnerin Tramp vəzifəsiin icrasına başlamadan öncə Rusiya ilə gizli kommunikasiya vasitəsinin yaratmaq planını müzakirə etdiyi deyilir.

Mətbuat katibi Şon Spayser bu xəbərləri təsdiq və ya inkar etməyi rədd edib və bunun əvəzinə bu xəbərlərə etibar edilməməli olduğunu deyib.

“Sizin dedikləriniz anonim mənbələrdən başqa heç nəyə əsaslandırılmır”, o deyib.

Kuşnerlə bağlı xəbər Trampın ilk xarici səfəri zamanı ortaya çıxıb. Orada Tramp NATO-ya üzv ölkələri müdafiəyə kifayət qədər vəsait xərcləməməkdə günahlandırıb.

Bir çox Avropa lideri onun bu sözlərindən narahatdır. Buna Almaniya kansleri Angela Merkel də daxildir. O, bu həftə “bizim başqalarına arxalana bildiyimiz vaxtlar artıq geridə qalıb” deyib.

Bəziləri Merkelin bu sözlərini Almaniyanın artıq ABŞ-ı müttəfiq olaraq görməməsinin sübutu olaraq görür. Ağ Ev isə bunu qələbə kimi qəbul edir.

Donald Tramp və Cared Kuşner
Donald Tramp və Cared Kuşner

“Bu, möhtəşəmdir. Prezident də elə bunu istəyirdi. O, ölkələri üzərlərinə daha çox öhdəçilik almağa çağırır”, Spayser deyib.

Spayser həmçiin onunla digər kommuniskasiya işçilərinin Ağ Evdə baş verən dəyişikliklər nəticəsində işdən kənarlaşdırılma ehtimalları ilə bağlı sualları da cavablandırıb.

“Bu dəyişikliklər nədir və onların həyata keçməsi mümkündür mü? Spayser kamera qarşısında daha az brifinqlərmi keçirəcək? Onun əvəzinə xalqa mesajı prezident özümü çatdıracaq?” deyə suallara Spayser

“Nəhayətdə, ən yaxşı elçi elə prezidntin özüdür- o bunu dəfələrlə təsdiq edib” deyə cavab verib.

Sizin dedikləriniz anonim mənbələrdən başqa heç nəyə əsaslandırılmır.
Şon Spayser

Spayserin media ilə mübahisəli münsabiti var. Buna misal olaraq, çərşənbə axşamı o, müxbirləri Trampı yanlış işıqlandırmalarına görə cəzalandıraraq, brifinq başlayandan cəmi 20 dəqiqə sonra otağı tərk edib.

“Prezidentin məyusluğunun səbəbi onunla bağlı daimi olaraq yanlış hekayələrin yazılması, adı açıqlanmayan mənbələrə istinad olunması və olmayan şeylər haqqında xəbələrin yazılmasıdır. Və məncə bu, narahatedicidir. Təşəkkür edirəm”, deyərək Spayser otaqdan çıxıb.

Bu, təzyiqlərlə üzləşən Ağ Evin kommunikasiya komandası üçün sınaqların başlanğıcı kimi də yozula bilər.

XS
SM
MD
LG