Accessibility links

Tramp cənub sərhədlərinin bağlanacağına dair xəbərdarlıq edib


ABŞ prezidenti ölkənin cənub sərhədlərinin bağlacağına dair xəbərdarlığını təkrar edib.

Donald Tramp deyib ki, Meksika və üç Mərkəzi Amerika ölkəsi sənədsiz mühacirlərin Amerikaya daxil olmamamsı üçün lazımi səylər göstərmir.

ABŞ prezidenti daha əvvəl də Konqresin divarın inşasına maliyyə vasitəsi ayrırmadığı təqdirdə bir daha Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyərək, Honduras, Qvatemala və Salvadora yardımları kəsəcəyini demişdi.

Tramp fevral ayında fövqəladə vəziyyəti elan edib və buna səbəb olaraq sərhəd təhlükəsizliyi və humanitar böhranı göstərib.

Fövqəladə vəziyyətin elan olunması ona digər dövlət idarələrindən ABŞ-Meksika sərhədində divarın inşasına $3.6 milyard dollar ayırmağa imkan yaradır.

ABŞ Nümayəndələr Palatası çərşənbə günü prezident Donald Trampın ölkənin cənub sərhədində elan etdiyi milli fövqəladə vəziyyəti ləğv etməyə nail ola bilməyib.

Belə gedişat Trampın federal pullardan sərhəddə divarın inşası üçün istifadə etməyə davam etməsinə yol açır.

Demokratlar nəzarət etdikləri Nümayəndələr Palatasında prezidentin vetosunu aradan qaldırmaq üçün tələb olunan üçdə iki səs toplaya bilməyiblər.

XS
SM
MD
LG