Accessibility links

Tramp: Çinlə ticarət sazişində yeni yanaşmaya ehtiyac ola bilər


ABŞ prezidenti Donald Tramp Çinlə ticarət danışıqları prosesində fərqli yanaşmaya ehtiyac olduğunu bildirib, lakin hansı dəyişiklikləri nəzərdə tutduğu barədə məlumat verməyib.

“Bizim Çinlə ticarət sazişimiz çox yaxşı davam edir. Lakin yəgin ki, sonda fərqli yanaşma tətbiq etmək məcburiyyətində qala bilərik. Bunun edilməsi və yekunda da əldə etdiyimiz nəticələrin təsdiq edilməsi çətin olacaq” - deyə, Tramp Twitter vasitəsilə bildirib.

Səhm birjaları Trampın Çinlə ticarət danışıqları haqqında şübhələrinə ilk olaraq mənfi reaksiya versə də, günün sonuna müsbət artım müşahidə edilib.

Keçən həftə Vaşinqtonda keçirilən ikigünlük ticarət danışıqlarından sonra Çin daha çox Amerika məhsulları almaqla iki ölkə arasındakı ildə 375 milyardlıq ticarət defisitini əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib. Buna baxmayaraq, idxal və ixrac hədəfləri ilə bağlı məlumatlar verilməyib.

İki ölkə arasında keçirilən son ticarət danışıqlarının məqsədi potensial ticarət müharibəsinin qarşısının alınması idi.

XS
SM
MD
LG