Accessibility links

Tramp Çin prezidenti ilə danışıqları yüksək qiymətləndirib


ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin Floridada Mar-a-Laqoda görüş zamanı
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin Floridada Mar-a-Laqoda görüş zamanı

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinin bu il Çinə rəsmi səfər etmək haqda dəvətini qəbul edib. Səfərin tarixi hələ müəyyən edilməyib.

Bu haqda xəbərlər Tramp və Şi Floridada Mar-a-Laqoda görüş keçirdikləri zamanı üç kabinet nazirinin birifinqi zamanı verilib. Çin prezidentinin Donald Trampı ölkəyə dəvət etməsi haqda xəbərlər Çinin dövlət mediasında təsdiq edilib. Səfərlə bağlı detallar açıqlanmayıb.

Ticarət naziri Vilbur Ross müxbirlərə deyib ki, Birləşmiş Ştatlar Çinlə 100 günlük fəaliyyət planı əldə edib. O, planın təfərrüatlarına varmayıb.

Mən hesab edirəm ki, prezident Şi və mənim münasibətlərimiz olduqca yaxşı səviyyədə inkişaf edib. Biz gələcəkdə daha çox görüşəcəyimizi səbirisizliklə gözlyirik
Donald Tramp

ABŞ dövlət katibi Reks Tillerson iki liderin Şimali Koreya ilə bağlı vəziyyəti müzakirə etdiyini bildirib. O deyib ki, Pxenyanın silah arsenalını artırması olduqca ciddi bir mərhələyə çatıb.

Tillersonun sözlərinə görə, ABŞ və Çin Koreya yarımdasının nüvə silahlarından azad olması məsələsinə sadiq qalmaq kimi öhdəliyi bölüşür. Dövlət katibi bildirib ki, hər iki ölkə bu məqsədə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi haqda razılıq əldə edib.

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinlə Floridada Mar-a-Laqoda görüş zamanı
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinlə Floridada Mar-a-Laqoda görüş zamanı

Çində insan hüquqlarının durumu məsələsinin hansı səviyyədə müzakirə edildiyi aydın deyil. Əvvəlki administrasiyalar Çin rəsmiləri ilə görüşlərdə bu məsələni diqqət mərkəzində saxlayırdı.

​Tillerson bununla bağlı sualın cavabında bildirib: "Fikrimcə, insan haqları məsələləri ilə bağlı bizim fundamental dəyərlərimizi, ya da müzakirələrimizi bizim iqtisadi məsələlərlə bağlı müzakirələrimiz, hərbi nümayəndələrin görüşləri, ya da xarici siyasətlə müzakirələrimizdən ayırmalı deyilsiniz. Bu məsələlər bütün müzakirələrdə bir-biri ilə əlaqədar şəkildə aparılır. Bu, bizim birlikdə necə işləyə bilməyimizlə bağlı baxışlarımızı əhatə edir."

Ağ Evin mətbuat katibi Şon Spayserin verdiyi bəyanatda deyilir ki, Tramp Şi ilə danışıqlarda "insan haqlarının müdafiəsinin və amerikalıların dərin inam bəslədiyi başqa dəyərlərin əhəmiyyətini qeyd edib".

Prezident Tramp insan haqlarının müdafiəsinin və amerikalıların dərin inam bəslədiyi başqa dəyərlərin əhəmiyyətini qeyd edib
Şon Spayser

Ağ Ev bildirib ki, Tramp Çinin sənaye, kənd təsərrüfatı, texnologiya və kiber siyasətinin Birləşmiş Ştatlarda iş yerləri və ixracata təsirləri ilə bağlı ciddi narahatlıqlarını ifadə edib.

​Tramp daha sonra müxbirlərə Çin lideri ilə görüşdə olduqca böyük inkişafa nail olunduğunu deyib. O əlavə edib ki, "iki ölkə arasında münasibətlərin yaxşılaşmasının nəticəsi olaraq çox sayda potensial mənfi problemlərin aradan qalxacağına" ümid bəsləyir.

"Mən hesab edirəm ki, prezident Şi və mənim münasibətlərimiz olduqca yaxşı səviyyədə inkişaf edib. Biz gələcəkdə daha çox görüşəcəyimizi səbirisizliklə gözlyirik"-deyə Tramp bildiirb.

Çin prezidenti Tramp administrasiyasının üzvləri tərəfindən səmimi qarşılandığını və tərəflərin "dərin və uzun sürən danışıqlardan sonra bir sıra məsələlərdə anlaşmaya nail olduğunu" deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG