Accessibility links

Donald Tramp: Aşağı səviyyəli Corc adlı könüllünün üstəlik yalançı olduğu da üzə çıxıb


ABŞ prezidenti bir zamanlar təriflədiyi xarici siyasət üzrə müşaviri Corc Papadopolos haqda alçaldıcı sözlər işlədib.

Bir il əvvəl 30 yaşlı neft və energetika məsələləri üzrə məsləhətçini “əla oğlan” adlandıran Tramp yeni Twitter şərhində bildirib ki, olduqca az adamın tanıdığı, aşağı səviyyəli Çorc adlı könüllünün üstəlik yalançı olduğu da üzə çıxıb.

Oktyabrın 30-da açıqlanmış məhkəmə sənədləri onu da göstərib ki, Trampın seçki kampaniyasının keçmiş xarici siyasət müşaviri, iyulda həbs olunmuş Corc Papadopolos özünü təqsirli bilib. O, Rusiya ilə əlaqələrinə dair Federal Təhqiqat Bürosuna (FBI) yalan danışmaqda ittiham edilib.

Tramp Corc Papadopolosun gühahkar olduğu və seçki kampaniyasının rəhbəri Pol Manafort barədə xəbər yayan agentlikləri nəzərdə tutaraq yalan xəbərlərin dayanmadan çalışdığını deyib.

Pol Manaforta qarşı Amerikaya qarşı konspirasiya, çirkli pulların yuyulması və Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin lobbiçiliyi ilə bağlı yalan söyləməsinə dair ittihamlar irəli sürülüb.

ABŞ prezidenti Donald Trampın kampaniyasının qısa müddət sədri olan Pol Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan cinayət təhqiqat işi ilə əlaqədar könüllü şəkildə Federal Təhqiqatlar Bürosuna təslim olub.

Federal münsiflər heyəti cümə günü xüsusi məsləhətçi Robert Müller tərəfindən aparılan təhqiqatlar nəticəsində irəli sürülən ittihamları təsdiqləyib.

XS
SM
MD
LG