Accessibility links

Tramp COVID-19-un Çində laboratoriyada əmələ gəldiyini deyir


Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyir ki, o, koronavirusun Çində bir laboratoriyada əmələ gəldiyinə “çox əmindir.” Bu isə Trampın açıqlamasından bir neçə saat öncə ABŞ-ın ən yüksək səviyyəli kəşfiyyat agentliyinin açıqlamasına ziddir.

Bir çox alim koronavirus pandemiyasının Çinin Uhan şəhərində əmələ gəldiyi üzərində razılaşsa da, virusun heyvanlardan insanlara necə yoluxduğuna dair sonsuz spekulyasiyalar mövcuddur. Bir çox konspirasiya nəzəriyyəçiləri COVID-19-un qəsdən yaradıldığını iddia edir.

Lakin ABŞ-ın kəşfiyyat rəsmiləri cümə axşamı bu ehtimalı istisna etdiklərini açıqlayıblar.

ABŞ-ın kəşfiyyat icması “COVID-19 virusunun insan tərəfindən yaradılmadığı və genetikasının dəyişdirilmədiyinə dair elmi konsensusla razılaşır,” Milli Kəşfiyyat İdarəsinin direktoru bildirib.

Prezident cümə axşamı ABŞ-ın kəşfiyyat rəsmiləri tərəfindən ona COVID-19-un Uhan Virusologiya İnstitutundan gəldiyinə dair dəlillərin irəli sürülüb-sürülmədiyinə dair suala cavab olaraq “Bəli, bəli” deyə cavab verib, lakin detal verməyib.

“Mənim bunu sizə deməyimə icazə yoxdur,” o söyləyib.

Kəşfiyyat idarəsinin bəyanatında Çində əmələ gələn bu epidemiyanın çinli alimlərlə əlqaəsi olduğuna dair ehtimalı tam istisna etməyib.

“Kəşfiyyat icması epidemiyanın infeksiyası olan heyvanlardan keçdiyini və ya Uhanda laboratoriyada baş verən qəza nəticəsində yayıldığını müəyyən etmək üçün yeni kəşfiyyat məlumatlarını diqqətlə nəzərdən keçirməyə davam edəcək,” idarə bildirib.

Çin hökümətinin dəstəklədiyi Uhan Virusologiya İnstitutu COVID-19 epidemiyasına səbəb olduğunu dəfələrlə inkar edib və bir çox eksper virusun yaxınlıqdakı heyvan bazarında heyvanlardan insanlara keçdiyi ehtimalının yüksək olduğunu söyləyir.

Lakin Tramp dəfələrlə Çinin inkarlarına şübhə ilə yanaşıb və həm Pekini həm də Ümumdünya Səhiyyə Təşkilatını dünyaya pandemiyanın nə zaman və necə başladığı ilə bağlı yanlış məlumat verməkdə ittiham edib.

“Bir çox nəzəriyyələr var”, Tramp cümə axşamı bildirib və əlavə edib ki, Çin rəsmiləri mühüm detalları açıqlamamağa son qoymalıdırlar.

“Mən hələ ki, Çinin bizimlə bir qədər şəffaf olmağa çalışdığını düşünürəm, o söyləyib.

XS
SM
MD
LG