Accessibility links

Tramp COVİD yardm paketinə veto tətbiq edə bilər


ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilən 900 milyard dollarlıq koronavirus yardımı və illik 1,4 trilyon dollarlıq hökumətin maliyyələşdirilməsini əhatə edən böyük bir qanun layihəsini imzalamamaqla təhdid edib.

Sosial mediada yayımlanan videoda Tramp Misirə hərbi yardım, muzey maliyyələşdirilməsi, kənd təsərrüfatı və vəhşi təbiət səyləri üçün xərcləri kimi ABŞ-ın illik maliyyələşdirmə tədbirlərində yer alan müxtəlif proqramları “israfçılıq xərcləri” adlandırıb.

Koronavirusla bağlı yardımlara da etiraz edən ABŞ dövlət başçısı pandemiya zamanı zərər çəkmiş kiçik müəssisələr üçün yetərli yardım ayrılmadığını deyərək, fərdlərə birbaşa ödənişlərin ölçüsünə diqqət çəkib.

"Konqresdən bu qanun layihəsini dəyişdirməsini və gülünc dərəcədə aşağı olan 600 dollarlıq yardımın 2000 dollara və ya bir cütlük üçün 4000 dollara artırılmasını xahiş edirəm" - deyə, Tramp bildirib.

Yeni qanun layihəsində bizneslərin konavirus pandemiyası səbəbilə yaranan iqtisadi təzyiq nəticəsində məcburi işdən çıxarılmalar dövründə işçilərini işdə saxlamlaarına yardım etmək üçün Maaşı Qorumaq Proqramı (Paycheck Protection Program) təşəbbüsü üçün 284 milyard dollar ayırılıb.

Bundan əlavə qanun layihəsinə işsizlərə 11 həftə boyunca həftəlik 300 dollar işsizlik təzminatı, yerli məktəb və universitetlərə 82 milyard dollar yardım, 25 milyard dollar kirayə yardımı, teatrlara 15 milyard dollar, uşaq bağçalarına isə 10 milyard dollar yardım daxildir. Qanun layihəsində başqa ölkələrə COVID-19 vaksinləri əldə etmək üçün 4 milyard dollar yardım mövcuddur.

“Amerika xalqı əmin ola bilər ki, əlavə yardım yoldadır,” Senatın çoxluq lideri Mitç Makkonnel bildirib.

Demokratlar daha böyük yardım paketini dəstəkləyiblər. Nümayəndələr Palatası mayda 3 trilyon, oktaybrda isə 2 milyard dollarlıq yardım paketini qəbul edib. Lakin Respublikaçılar bu qədər böyük yardıma qarşı çıxıb.
Trampın qanuna layihəsinə veto qoyduğu təqdirdə Konqres layihəni yenidən yazmağa məcbir olacaq.

Razılıq əldə edilməsə hökumətin fəaliyyəti dayana bilər. Hazırda hökumət dekabrın 28-də başa çatacaq müvəqqəti uzadılma proqramı ilə çalışır.

Prezident seçilmiş Co Bayden isə koronavirus yardım paketini dəstəklədiyini bildirərək, bunu atılan ilk addım adlandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG