Accessibility links

Donald Trampın vəziyyətinin yaxşı olduğu bildirilib


ABŞ prezidenti Donald Trampın COVİD-19 səbəbi ilə yerləşdirilən xəstəxanada onu müalicə edən həkimlər prezidentin oksigen doydurulmasında iki dəfə müvəqqəti eniş qeydə alındığını bildirib.

Trampın terapevti, doktor Şon Konli buna baxmayaraq, onun vəziyyətinin yaxşı olduğunu deyib.

Konlinin komandasına bazar günü keçirilən brifinqdə bundan əvvələ müqayisədə daha çox suallar ünvanlanıb.

Konli müxbirlərin ona Trampın cümə günü Ağ Evdə əlavə oksigenə ehtiyacı olub-olmadığı barədə sualından niyə qaçdığı sualının cavabında komandasının nikbinliyini yüksək saxlamağa çalışdığını deyib.

Konli xəstəliyin gedişatını başqa bir istiqamətə yönəldə biləcək hər hansı məlumat vermək istəmədiyini və bunun doğru olmayan bir şeyi gizlətməyə çalışdığımızın düşünüldüyü və bunun doğru olmadığını bildirib.

10 dəqiqə sürən birifinq zamanı həkimlər onun hazırda steroidlər və anti-virus dərmanları qəbul etdiyini deyib.

Donald Tramp cümə günü axşam saatlarında xəstəxana palatasından Twitter-də: “Məncə, yaxşı keçir. Hər kəsə təşəkkür edirəm! SEVGİLƏR!” yazıb.

Tramp cümə gündüz saatlarında Ağ Evdən helikopterlə yaxınlıqdakı hərbi hospitala köçürülüb. Onun orada bir neçə gün qalacağı gözlənilir.

Ağ Evin məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 74 yaşlı prezident hakimiyyəti müvəqqəti olaraq rəsmi iqamətgahı olan ABŞ Hərbi Dənizçilik Rəsədxanasında yaşayan vitse-prezident Mayk Pensə ötürməyib.

Donald Trampın həkimi, eyni zamanda ABŞ Hərbi Donanmasının komandiri olan Şon Konli birinci ledidə yüngül öskürək və baş ağrısının olduğunu, ailənin digər üzvlərinin testlərinin nəticələrinin isə mənfi çıxdığını bildirib.

Prezident noyabrda keçiriləcək prezident seçkisinə bir ay müddət qala xəstələnib.

Onun Demokratlar Partiyasından rəqibi Co Bayden cümə günü “Birləşmiş Ştatlar prezidenti və birinci ledinin sağlamlığı və təhlükəsizliyi üçün dualarını göndərdiyini” bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG