Accessibility links

Tramp dövlət katibinin Şimali Koreyaya səfərini təxirə saldı


ABŞ Prezidenti Donald Tramp cümə günü Dövlət Katibi Mayk Pompeonun Şimali Koreyaya planlaşdırılan səfərini təxirə salıb. O, bu qərarı Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində “lazımi proqresin əldə olunmaması” ilə izah edib.

Tvitterdə yazdığı mesajda Tramp deyib ki, bir həftə sonraya planlaşdırılan Pompeonun səfəri ABŞ-ın Çinlə ticarət qarşdıruması həll edilənədək təxirə salınacaq. Tramp deyib ki, Çin Şimali Koreya məsələsində kömək etmir.

Ötən iyun ayıdna Şimali Koreya lideri Kim Conq Unla görüşən Tramp üçün bu, tonda dramatik dəyişiklik təşkil edir. Həmin görüş zamanı o, zirvə toplantısını “uğurlu” adlandırmış və Şimali Koreyadan qaynaqlanan nüvə təhlükəsinə son qoyulduğunu bildirmişdi.

Mənə elə gəlir ki, biz Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində lazımi proqres əldə edə bilmirik.

Sinqapurda keçirilən sammitdən bəri danışıqlar dalana dirənib. Pompeo Şimali Koreyanı real güzəştlərə getməyə çağırır. Pxenyan isə öz növbəsində Vaşinqtona bəzi tələblər irəli sürür.

Cəmi bir gün öncə Pompeo Şimali Koreyaya gedəcəyi və özü ilə xüsusi elçi Stefen Biequnu aparacağını elan etmişdi.

Lakin cümə günü Ağ Evdə Pompeo ilə görüşən Tramp ona Pxenyana getməməyi tapşırıb, Ağ Ev rəsmiləri bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG