Accessibility links

Tramp: Dünyada təhlükəsizliyə ən böyük hədələrdən biri İranın repressiv rejimidir


ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında çıxışında İranla bağlı siyasətini müdafiə edib və İrana qarşı sanksiyaların sərtləşdirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Bu gün sülhsevər ölkələrin qarşılaşdığı təhlükəsizliyə ən böyük hədələrdən biri İranın repressiv rejimidir” - deyə, ABŞ prezidenti Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasına toplaşmış dünya liderləri qarşısında çıxışında bildirib.

Tramp İranın davranışını dəyişmədiyi halda, ABŞ sanksiyalarının sərtləşdiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidenti İran liderlərini “Suriya və Yəməndə faciəli müharibələri qızışdırmaqda” günahlandırıb və İranı Səudiyyə Ərəbistanının neft obyektlərinə bu yaxınlarda keçirilmiş hücumda ittiham edib.

“Birləşmiş Ştatlar heç bir ölkə ilə münaqişə istəmir. Biz hamı ilə sülh, əməkdaşlıq və qarşılıqlı fayda olmasını arzulayırıq. Amma mən heç vaxt Amerikanın maraqlarını müdafiə etməyi dayandırmayacam”, ABŞ prezidenti çıxışında bildirib.

Snetyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumdan sonra regionda gərginliklər daha da artıb. Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri hücumda İranı günahlandırıb. İran bu ittihamları rədd edib.

XS
SM
MD
LG