Accessibility links

Tramp daha bir "şatdaun"u istisna etməyib


ABŞ prezidenti Meksika ilə sərhədə divar çəkilməsi üçün Konqresin razılığını əldə etmək hökumətin bir daha qismən bağlanması ehtimalını istisna etməyib. Donald Tramp fövqəladə vəziyyət elan edəcəyini planlaşdırdığını da deyib.

CBS tele-kanalına müsahibə verən ABŞ dövlət başçısı bütün variantların masada olduğunu vurğulayıb.

Hökumətin 35 gün bağlı olmasından bir həftə sonra prezident bildirib ki, mən masadan nəyinsə qaldırılmasını sevmirəm, bu, bir alternativdir.

ABŞ lideri əlavə edib ki, fövqəladə vəziyyət ola bilər. O, bu kimi vəziyyətlərin çox elan edildiyini diqqqətə çatdırıb. Tramp deyib ki, söhbət ölkəmizin insan qaçaqmalçıları tərəfindən işğalından gedir.

Prezident Nümayəndələr Palatasının divarın vergi ödəyənlər tərəfindən maliyyələşdirilməsinin əleyhinə olan demokrat spikeri Nensi Pelosini ciddi tənqid atəşinə tutub.

"Düşünürəm ki, Pelosi ölkəyə ciddi zərbə vurur. O, divara, sərhədlərimizin müdafiəsinə ehtiyacımız olduğunu bildir. Lakin Pelosi siyasi xal toplamağa çalışır. Məncə bu, çox pis siyasətdir. Ona açıq sərhədlər lazımdır. Onu insan alveri maraqlandırmır. Əks təqdirdə Pelosi belə davranmazdı" - deyə, prezident bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG