Accessibility links

Tramp demokrat qanunvericiləri məsrəflərə dair qanuna görə ciddi tənqid edib


Prezident Donald Tramp demokrat qanunvericiləri məsrəflərə dair qanunda sərhədlərə divar çəkilişinə mane olmalarını ciddi tənqid edib. O, respublikaçıları da buna yol verməkdə günahlandırıb.

Senat 854 milyardlıq məsrəf planını çərşənbə axşamı günü təsdiq edib. Beləliklə sentyabrın 30-da hökumətin bağlanmasının qarşısı alınıb, ordu və bir sıra mülki agentliklərin işinin dekabrın əvvəlinədək davam etdirilməsinə imkan yaradılıb.

Gələn həftə Nümayəndələr Palatası tərəfindən də təsdiqi gözlənilən sənəddə Trampın ABŞ-Meksika sərhədində divar inşası təklifi yer almayıb. Baxmayaraq ki, prezident hökuməti bağlayacağı ilə hədələyib. Respublikaçı konqresmenlər isə məsələnin noyabr seçkilərindən sonra həll edilməsinin tərəfdarıdır.

Ötən həftə Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq edilən digər bir plan Ədliyyə sistemi, Federal Məhkəmə və bir neçə mülki idarələrin işini davam etdirməsi ilə bağlı olub. Məsrəflərə dair 3 sənəd federal xərclər büdcənin 90 faizini təşkil edir.

XS
SM
MD
LG