Accessibility links

Tramp demokrat namizədləri tənqid edib


ABŞ prezidenti Donad Tramp çərşənbə axşamı günü İran generalı Qasım Suleymaninin öldürülməsi qərarını müdafiə edib.

Vinskonsin ştatında tərəfdarları ilə görüşən ABŞ dövlət başçısı demokratları milli təhlükəsizlik məsələlərində “zəif” olmaqda günahlandırıb.

Berni və digər solçu radikallar nə öz ailələri, nə də vətənlərini müdafiə edə bilir

Tramp bu görüşü prezidentliyə demokrat namizədlərin Ayova ştatındakı debatları gününə təyin edib.

Minlərlə tərəfdarı qarşıında çıxış edən prezident Demokrat Partiyasının əsas namizədlərini kəskin tənqid atəşinə tutub.

Miluoki şəhərində danışan Tramp senator Berni Sandersdən söz açıb. “Berni və digər solçu radikallar nə öz ailələri, nə də vətənlərini müdafiə edə bilir - deyə, prezident bildirib.

Prezident eyni zamanda senatorun tərəfini də saxlayıb. Belə ki, Elizabet Uorren Sandersin ona özəl bir görüş zamanı qadının prezident seçilməsinin qeyri-mümkünlüyünü dediyini iddia edib. Sanders deyilənləri inkar edib.

“Mən Berninin belə bir söz dediyinə inanmıram. Bu, onun toxunacağı mövzu deyil” , prezident əlavə edib.

Donald Tramp Co Baydenlə bağlı bildirib ki, sabiq vitse-prezident coğrafiyada səhvlər edir. Bu yaxınlarda senator İran yerinə İraq demişdi. Prezident bildirib ki, Bayden artıq “sağalmayacaq”.

Mayk Pens
Mayk Pens

Viskonsində qələbə demokratların 2020-ci il seçkilərində əsas məqsədidir. Ötən il onlar məhz bu ştatda qurultay keçirmişdi.

2016-cı ildə Trampın qələbəsini də 23 min səs çoxluğu ilə bu ştat təmin etmişdi.

Prezidentlə bərabər görüşə qatılan vitse-prezident Mayk Pens demokrat namizədləri Viskonsin üçün “hədsiz solçu” kimi qiymətləndirib.

Şərhlərə bax

XS
SM
MD
LG