Accessibility links

Tramp Demokratların impiçment səylərinə qəzəblə etiraz edir


Prezident Donald Tramp qəzəblə Nümayəndələr Palatasının ona qarşı irəli sürdüyü impiçment maddələrinə etiraz edir. Tramp onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan Demokratları “ədaləti təhrif etməkdə və səlahiyyətlərini aşmaqda” günahlandırıb.

Əgər impiç olunarsa, Donald Tramp Amerika tarixində üçüncü impiç edilmiş prezident olacaq.

Çərşənbə axşamı Spiker Nensi Pelosiyə ünvanladığı odlu-alovlu məktubda Tramp siyasi rəqibıərinə qarşı xarici təhqiqatlara başlatmaq ittihamını rədd edib. Onun sözlərinə görə Demokratlar diqqəti problemlərə yox, onun imiçmentinə diqqət yönəldirlər.

Tramp yazıb ki, “Salem cadugar məhkəmələrindəki hüquqi proses” ona qarşı olan mühakimədən daha ədalətli olub.

Tramp məktubun heç nəyi dəyişməyəcəyinə əmin olduğunu bildirsə də, "tarixi məqsəd naminə" öz etirazını diqqətə çatdırmaq istəyini aydın edib.

Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi
Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi

Bu arada Kapitolidə Demokratlar və Respublikaçılar çərşənbə günü Trampın impiçmenti ilə bağlı baş tuta biləcək tarixi səsvermənin parametrləri üzərində qızğın debatlar aparıb. Əgər impiç olunarsa, Donald Tramp Amerika tarixində üçüncü impiç edilmiş prezident olacaq.

“Təəssüfləndiricidir ki, biz bu gün burada olmalıyıq, lakin Birləşmiş Ştatlar prezidentinin hərəkətləri bunu labüd edib,” Qaydalar Komitəsinin sədri Demokrat konqresmen Cim MkQovern bildirib. “Dəlil aydın olduğu qədər də boldur.”

Onun sözlərinə görə, hər gün ki, Amerika “Prezident Trampa imkan verir ki, özünü qanunun ona şamil edilmədiyi kimi aparsın, biz az da” ölkə diktatura idarə üsuluna yaxınlaşmış olur.

Respublikaçılar isə bu mövqe ilə qətiyyən razılaşmır.

Nümayəndələr Palatasının Qaydalar Komitəsində impiçmentin parametrləri ilə bağlı qızğın debat gedib.
Nümayəndələr Palatasının Qaydalar Komitəsində impiçmentin parametrləri ilə bağlı qızğın debat gedib.

Komitənin yüksək ranqlı Respublikaçı üzvü Tom Koul hesab edir ki, amerikalılar arasında impiçmentlə bağlı fikir ayrılığı diktə edir ki, belə bir əlahiddə addım atılmamalıdır.

“Əgər amerikalıların yarısı sənə deyirsə ki, yanlışsan, onda qulaq asmalısan,” o deyib.

Nümayəndələr Palatasının Demokratları çərşənbə günü debata başlayacaqlar. Onlar rəsmən Trampı prezident olaraq səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin ona qarşı təhqiqatını əngəlləməkdə günahlandırırlar. İmpiçment sorğusunun mərkəzində Prezident Trampın Ukrayna rəhbərliyinə siyasi rəqibi və sabiq vitse-prezident Co Baydenlə bağlı korrupsiya təhqiqatına başlatmaq yönümündə təzyiq göstərmək haqda ittihamlar dayanır.

Debatların ardınca impiçment Demokratların çoxluq təşkil etidkləri Nümayəndələr Paltasında tam səsverməyə qoyulacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG