Accessibility links

Tramp demokratları yalançı adlandırır


Prezident Donald Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvlərini kəskin tənqid atəşinə tutaraq, "buna son qoyulmalıdır" deyib.

Tramp Twitter səhifəsində yazır: "Yüksək vəzifələrə can atan cılız Adam Şiff, Komi, Uorner, Brennan və Klapper kimi ən böyük yalançı və məlumat sızdırandır".

Adam Şiff
Adam Şiff

Prezidentə tvitlə cavab verən Şiff yazıb ki, prezident diqqətini saxta tvitlərdənsə, hökumətinə yönəltməlidir.

Şiff yüksək səlahiyyətli hüquq-mühafizə rəsmilərinin 2016-cı il seçkiqabağı kampaniyalardan əvvəl və sonra araşdırma mahiyyətli səlahiyyətlərini aşdıqlarıma dair memorandumun açıqlanmasını tənqid edib.

Tramp isə respublikaçıların memorandumunu özünün bəraəti kimi qiymətləndirib.

Demokatlar və respublikaçılar bu dəyərləndirməni səhv adlandırır.

XS
SM
MD
LG