Accessibility links

Trampın BMT-də diqqəti diplomatik səylərə yönəldəcəyi gözlənilir


ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Bazar günü Trampın 73-cü sessiyada iştirak etmək üçün Nyu-Yorka gələn Yaponiya baş naziri Şinzo Abe ilə nahar yeməyi planlaşdırılıb. Ticarət məsələləri, eləcə də Koreya yarımadasında vəziyyət Tramp və Abe arasında müzakirələrin diqqət mərkəzində olacaq.

ABŞ lideri Pxenyana səfər edib, Şimali Koreya lideri Kim Conq Unla müqavilələr imzalamış Cənubi Koreya prezidenti Mun Ca-inlə görüş keçirəcək.

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında məruzə edir, 19 sentyabr, 2017.
ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında məruzə edir, 19 sentyabr, 2017.

Trampın keçən il BMT Baş Assambleyanın sessiyasında ilk çıxışı zamanı Şimali Koreyaya qarşı təhdidlərdən fərqli olaraq, bu dəfə Nyu-Yorkda podimuma müharibənin qarşısının alınması üçün diplomatik səylərə təşviq edəcəyi gözlənilir.

ABŞ prezidentinin həftə ərzidə Britaniya, Kolumbiya, Misir, Fransa və İsrail liderləri ilə DƏ görüşləri planlaşdırılıb.

Bazar ertəsi günü Tramp qeyri-qanunin narkotiklərdən istifadə və narkotiklərin təchizatının qarşısının alınması üçün beynəlxalq əməkdaşlığa dair qlobal səylərə yönəlmiş tədbirə qatılacaq.

Cənubi Koreya prezidenti Mun Ca-in Şimali Koreya lideri Kim Conq Unla görüş keçirmək üçün Pxenyana səfər edib, 20 sentyabr. 2018.
Cənubi Koreya prezidenti Mun Ca-in Şimali Koreya lideri Kim Conq Unla görüş keçirmək üçün Pxenyana səfər edib, 20 sentyabr. 2018.

Sentyabrın 25-də isə ABŞ prezidenti BMT Baş Assambleyasının illik sessiyasında çıxış edəcək, bundan sonrakı gün isə BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

İclasda əsas diqqətin İranın tənqidinə yönəldiləcəyi bildirilsə də, ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bir sıra başqa məsələlərin də müzakirə ediləcəyini bildirib.

Tramp Twitter səhifəsindəki mesajında yazıb: “Mən gələn həftə BMT Təhlükəsizlik Şurasında İranla bağlı iclasa sədrlik edəcəm!”

Tramp administrasiyasının İranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxmasından sonra razılığa görə yüngülləşdirilmiş sanksiyaları yenidən bərpa etməsi gərginliklərin daha da artmasına səbəb olub. ABŞ administrasiyası eyni zamanda, İrana qarşı Vaşinqtonun regionda “bəd əməllər” adlandırdığı fəaliyyətlərinə son qoyması üçün təzyiqləri artırıb.

Bununla yanaşı, İran rəsmiləri şənbə günü hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Ştatlar və onun Körfəz bölgəsindəki müttəfiqlərini günahlandırıb. Nikki Heyli İranın ittihamlarını rədd edib və Tehran rəsmilərinin diqqəti ölkənin özünə yönəltməli olduğunu bildirib.

Ruhani BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Tehrandan Nyu-Yorka yola düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG