Accessibility links

Tramp divar maliyyələşdirilməsə hökumətin bağlanması ilə hədələyir


ABŞ prezidenti Donald Tramp demokratlar onun administrasiyasının qəbul etmək istədiyi mühacirət qanunlarını dəstəkləməsələr, federal hökumətin bağlanmasına imkan verəcəyini bildirib.

“Mən demokratlar bizə Divarın da daxil olduğu Sərhəd Təhlükəsizliyi ilə bağlı səslərini verməsələr hökuməti `bağlamağa` hazır olardım. Biz Lotereya, Saxla və Azad et və sairədən azad olub, nəhayət XİDTMƏT-ə əsaslanan immiqrasiya sisteminə keçməliyik. Bizə Ölkəmizə görkəmli insanların gəlməsi lazımdır!”, Tramp bazar günü Twitter səhifəsində bazar günü yazıb.

Tramp Konqresin mühacirət məsələlərini ünvanlamasını istəyir. Lakin respublikaçıların Konqresə nəzarət etməsinə baxmayaraq, partiyada mötədillər və mühafizəkarlar arasında fikir ayrılıqları qanunvericiliyə tezliklə dəyişikliklərin edilməsinin qarşısını alır.

Sərt mühacirət qanunları respublikaçı prezidentin administrasiyasının siyasətinin mərkəzi elementinə çevrilib. Bu, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən vətəndaşların səfərlərinə mübahisəli qadağandan tutmuş, ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacir uşaqların valideynlərindən ayrılması ilə əlaqədar davam edən siyasi çəkişmələrə qədər mühacirətlə bağlı administrasiyanın bir sıra addımlarına aiddir.

Mühafizəkar respublikaçıların dəstəklədiyi qanun layihəsi keçən həftə təsdiq edilməyib. Tramp ABŞ-ın cənubunda Meksika ilə sərhəddə divarın inşası üçün 25 milyard dollar istəyib.

ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeriPol Rayanın müşayiəti ilə Konqresdə respublikaçı qanunvericilərlə görüşə gedir.
ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeriPol Rayanın müşayiəti ilə Konqresdə respublikaçı qanunvericilərlə görüşə gedir.

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan keçən həftə bildirib ki, divar üçün artıq 1.6 milyard dollar ayrılıb və qanunvericilər daha 5 milyard dollar istənilməsini nəzərdən keçirir.

Qanunvericilər hökumətin maliyyələşdirilməsi üçün təxsisatların müzakirəsi üçün Trampla keçən həftə görüşüblər.

Noyabr ayında Konqresə ara seçkilərdən öncə federal hökumətin bağlanmasının seçicilər buna görə Konqresə nəzarət edən respublikaçıları günahlandırsa, Tramp üçün ciddi nəticələri ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG