Accessibility links

Dünya Donald Trampa təbriklər ünvanlayır


Dünya ictimaiyyəti ABŞ-da prezident seçkilərinin qalibi Donald Trampa təbriklərini ünvanlayıb.

Rusiya prezidenti Vladimir Putin onu təbrik etdikdən sonra deyib ki, Trampın seçki kampaniyaları zamanı Rusiya ilə əlaqələrin bərpası vədlərindən sonra iki ölkə arasında münasibətlərin normallaşmasını səbirsizliklə gözləyir.

Almaniya kansleri Angela Merkel seçki kampaniyalarının qarşıdurmalarla müşayiət edildiyini bildirsə də, yeni hökumətlə yaxından iş birliyi aparacağına vəd verib.

"Almaniya ilə Amerika demokratiya, azadlıq, qanunun alilliyi, rəngindən, dinindən, seksual oriyentasiyasından, və siyasi baxışlarından asılı olmayaraq insan ləyaqətinə ehtiram kimi ortaq dəyərləri bölüşür. Bütün bunlara əsaslanaraq Amerikanın yeni prezidenti Donald Trampa yaxın əməkdaşlıq təklif edirəm”- deyə kansler bildirib.

Fransa prezidenti Fransua Olland Parisdə çıxış edərkən Trampı təbrik edib. O, seçkilərin qeyri-müəyyənliyə qapı açdığını bildirsə də, Fransanın yeni administrasiya ilə əməkdaşlığı yubatmayacağını deyib.

Amerikanın yeni prezidenti Donald Trampa yaxın əməkdaşlıq təklif edirəm

"Trampın kampaniyaları zamanı tutduğu müəyyən mövqelərinə etiraz edilməlidir. Lakin ABŞ-la bölüşdüyümüz dəyərlər və maraqlar baxımından iki ölkənin xalqları arasında dostluğu nəzərə alaraq, ehtiyatla, lakin səmimiyyətlə əməkdaşlığı davam etdirəcəyik”- deyə Fransanın dövlət başçısı qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın yeni administrasiyasi ilə sağlam, davamlı və sabit münasibətlər qurulacağına əminliyini dilə gətirib,

Tramp kampaniyaları zamanı Çinin iqtisadi siyasətini kəskin şəkildə tənqid edirdi.

Donald Trampın zəfəri Yaxın Şərqdə birmənalı qarşılanmayıb. Belə ki, onun kampaniyası zamanı Amerikanın qapılarının müsəlmanların üzünə bağlanması çağırışı ciddi qəzəbə yol açmışdı.

Lakin buna baxmayaraq regionun hökumətləri Trampı ilk təbrik edənlər sırasında olub. Onlar arasında rəsmi Ankara da yer alır. Türkiyə bu imkandan istifadə edərək çevriliş cəhdi arxasında durduğunda ittiham etdiyi Fətullah Gülenin ekstradisiyasını tələb edib.

Suriya prezidenti Bəşər Əl-Əsəd rejimini devirməyə çalışan rəqib qüvvələr Trampın prezidentiliyinin nə gətirəcəyini narahatlıqla izləyir.

Tramp kampaniyalarında Əsəd rejimindən xoşu gəlmədiyini, lakin İŞİD-lə mübarizə məqsədi ilə onun və Rusiyanın tərəfini tutacağını bildirib.

Xarici ölkələrlə münasibətləri düşmənçilik deyil, ədalət, münaqişə deyil, tərəfdaşlıq zəminində davam etdirəcəyəm

Tramp Yaxın Şərq liderləri ilə bağlı gələcək planları haqda danışmasa da, xarici ölkələrlə münasibətləri düşmənçilik deyil, ədalət, münaqişə deyil, tərəfdaşlıq zəminində davam etdirəcəyini deyib.

İraqda isə Trampın o ölkə ilə bağlı mövqeyi haqda spekulyasiyalar dolaşır.

Bəzi ərəb siyasətçilərini onun İsrail-Fələstin münaqişəsində neytral mövqe tutacağı vədi sevindirsə də, İsrail və Amerika yəhudiləri bundan narahat olub.

Lakin Trampın mart ayında ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürəcəyini deməsi İsrailin baş naziri Bencemin Netanyahunu razı sala bilər.

ABŞ-ın yeni seçilən prezidenti kampaniyaları zamanı ölkə tarixində ən yararsız sənəd adlandırdığı İranla nüvə razılığına dair kəskin tənqidlərə yer verməyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ABŞ prezidenti dünyanın bügünkü reallığını dərk etməlidir. O, İranla ABŞ-ın formal əlaqələrə malik olmadığını nəzərərə alaraq, gələcək prezidentin çoxtərəfli nüvə razılığının şərtlərinə sadiq qalmalı olduğunun vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG