Accessibility links

Tramp və Ərdoğan iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə söz verib


ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü telefon söhbəti zamanı iki ölkə arasında əlaqələrin və regional təhlükəsizliyin möhkəmləndilməsi məsələləri üzərində işi davam etdirmək barədə razılıq əldə edib. Bu haqda Türkiyə prezidentinin ofisi tərəfindən açıqlama verilib. İki lider arasında telefon söhbəti Ərdoğanın ABŞ rəsmilərini onun keçmiş nazirlərindən birinə qarşı iddia qaldırılığına görə kəskin tənqid etməsindən sonraya təsadüf edir.

Birləşmiş Ştatlar və onun NATO üzrə müttəfiqi olan Türkiyə arasında münasibətlərdə Vaşinqtonun Suriyada İŞİD-ə qarşı mübarizə aparan YPG qrupunun kürd döyüşçülərinə dəstəyi ilə əlaqədar gərginlik mövcuddur. Türkiyə YPG-ni terrorçu qrup hesab edir.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə görüş
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə görüş

Ankara eyni zamanda Vaşinqtonun ABŞ-da yaşayan müsəlman din xadimi Fətullah Güləni təhvil verməyə meylli olmamasından narazıdır. Türkiyə 1999-cu ildən Pensilvaniya ştatında yaşayan Güləni keçən il iyul ayında dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edir.

“Türkiyə və Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlığı qeyd edən iki lider ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regionda sabitliyin gücləndirilməsi istiqamətində işi davam etdirməyin vacibliyini vurğulayıb”, Türkiyə prezidentinin ofisi tərəfindən verilmiş bəyanatda deyilir.

Suriyada Kürd Müdafiə Birləşmələri YPG-nin döyüşçüləri
Suriyada Kürd Müdafiə Birləşmələri YPG-nin döyüşçüləri

Tramp və Ərdoğan Nyu Yorkda bu ay BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşmək haqda razılıq əldə edib.

İki lider arasında telefon söhbəti Ərdoğanın ABŞ prokuroru tərəfindən Türkiyənin keçmiş iqtisadiyyat naziri ilə bağlı iddianın qaldırılmasını siyasi motivli adlandıraraq, bunu Ankaraya qarşı hücuma bərabər kimi qiymətləndirməsindən bir gün sonra baş tutub.

Türkiyə prezidenti Rcəb Tayyi Ərdoğan və keçmiş iqtisaiyyat naziri Zəfər Çağlayan
Türkiyə prezidenti Rcəb Tayyi Ərdoğan və keçmiş iqtisaiyyat naziri Zəfər Çağlayan

Keçmiş nazir və Türkiyənin dövlətə məxsus bankının keçmiş rəhbəri Zəfər Çağlayan bu həftə İrana qarşı sanksiyaları pozaraq, qeyri-qanuni olaraq ABŞ-ın maliyyə təsisatları vasitəsilə Tehranın xeyrinə yüz milyonlarla dollar məbləğində vəsait keçirməkdə ittiham edilib.

Bu, ilk dəfədir ki, Ərdoğana yaxın keçmiş hökumət nümayəndəsinə qarşı ABŞ-da gedən təhqiqat nəticəsində ittiham irəli sürülür.

Cümə günü müxbirlərlə danışan Ərdoğan deyib ki, keçmiş iqtisadiyyat nazirinə qarşı addımı Türkiyə Respublikasına qarşı addım kimi dəyərləndirir. O, Vaşinqtonu ittihamları yenidən nəzərdən keçirməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG